» » Cümhuriyyətdən bu günə 96 il

Cümhuriyyətdən bu günə 96 il

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ
Cümhuriyyətdən bu günə 96 il Müstəqil Azərbaycan AXC-nin varisidir...
Bakı Kompüter Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 96 –cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Kollecin tarix müəllimi Şakir Mikayılov açaraq cümhuriyyət dövrünün yaradıcılarından nümunələr təqdim etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövləti AXC-nin varisidir. AXC-nin varisi olan müstəqil Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açdı. Sonra tələbələrin ifalarında vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndi. Tədbirdə çıxış edən Xalqinfo.az xəbər portalının baş redaktoru Zamin Zeynal çıxış edərək Azərbaycan xalq cümhuriyyəti liderlərinin o dövr üçün göstərdikləri tarixi xidmətlərindən danışarkən xalq cümhuriyyəti dövründə parlament üzvü, ictimai-siyasi xadim, Bakının general qubernatoru olmuş Müseyib bəy Axıcanovun örnək dolu fəaliyyətindən bəhs etdi. Müseyib bəy 26 yaşında 4 dil bilicisi olub, 200-dən çox qanun layihəsinin hazırlanmasında iştirak edib. O, dövrdə çap olunan milli əskinasların üzərində şəxsi imzası olub. Bildirdi ki, tariximiz gənclərimizə düzgün öyrədilməli, tarixi şəxsiyyətlərimizin fəaliyyəti haqqında tələbə və gənclərimiz mütəmadi olaraq məlumatlandırılmalıdır. Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın qorunub- saxlanmasında və Azərbaycan adlı bir xalqın dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmamaq günahdır. Ulu öndərin Azərbaycana bağlılığı hər bir Azərbaycan gəncinə örnəkdir.
XALQİNFO.az
Cümhuriyyətdən bu günə 96 il
Cümhuriyyətdən bu günə 96 il
Cümhuriyyətdən bu günə 96 il
Cümhuriyyətdən bu günə 96 il
Cümhuriyyətdən bu günə 96 il
Cümhuriyyətdən bu günə 96 il

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler