Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən tədbir- FotolarBölmə: MANŞET
![]() Tədbirdə “Qızıl Çinar” mükafatının 2014-cü il üzrə qalibləri mükafatlandırılıb Mayın 10-da Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. “XALQİNFO” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr edilən filmin nümayişindən sonra çıxış edən prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanan Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ötən 10 ildə silsilə uğurlar əldə etdiyini vurğulayıb. Dövlət başçısı “Yeniləşən Azərbaycana yeni məktəb”, “Xocalıya ədalət!”, həmçinin səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən çoxlu sayda layihənin ötən illərdə müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Məhdud sayda əməkdaşının peşəkarlığı ilə seçilən Fondun ötən illərdə Heydər Əliyevin adını şərəflə təmsil etdiyini deyən prezident İlham Əliyev Azərbaycan dövləti adından səmərəli fəaliyyətinə görə Fondun kollektivinə dərin minnətdarlığını çatdırıb. Dövlət başçısı bir-birinə tamamilə zidd olan dövrlərdə Heydər Əliyevin Azərbaycanı yüksək zirvələrə qaldırdığını vurğulayıb. Keçmiş ittifaq dövründə ən geridə qalan respublikalardan biri olan Azərbaycan cəmi 12 il ərzində Heydər Əliyevin rəhbərliyi ilə özünü tam təmin edən iki donor respublikadan birinə çevrildi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində, çətin bir dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanı böyük bəlalardan xilas etdiyini, ölkəmizin əsaslı inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Dövlət başçısı ən ağır dövrlərdə Azərbaycanın Heydər Əliyevin şəxsi keyfiyyətləri, onun Vətəninə və xalqına dərindən bağlılığı hesabına bütün çətinlikləri dəf edərək hərtərəfli inkişafa nail olduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev hazırda da Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini, respublikamızda yeni 10 illik inkişaf dövrünün başlandığını bildirib. Ötən illərdə Azərbaycanın beynəlxalq nüfuzunun durmadan möhkəmləndiyini qeyd edən dövlət başçısı 2023-cü ilə qədər nəzərdə tutulan bütün tədbirlərin də uğurla reallaşdırılacağına, Azərbaycanın indikindən də qat-qat güclü olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev müstəqil siyasət yürüdən Azərbaycanın bundan sonra da Heydər Əliyevin strateji xəttinə sadiq qalacağını, Heydər Əliyevi ideyalarını rəhbər tutan xalqımızın dövlətimizi daim irəli aparacağını vurğulayıb. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bütün əməkdaşları adından Fondun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Fond fəaliyyətinin ilk günündən Heydər Əliyevin adını daşımağa layiq olmağa çalışıb”, - deyən Mehriban Əliyeva bildirib ki, bu illər ərzində ən böyük uğur Azərbaycan xalqının etimadının qazanılması olub. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanda çoxəsrlik köklərə malik xeyriyyəçilik ənənəsini bərpa etməyə çalışdığını vurğulayıb. Fondun çoxşaxəli fəaliyyətindən, icra etdiyi layihə və proqramlardan danışan Mehriban Əliyeva onu da qeyd edib ki, 10 il ərzində Fond tərəfindən icra olunan layihələr ölkəmizin həyatının bir çox sahələrini əhatə edib, əldə olunan nəticələr isə çox genişdir. Reallaşdırılan proqramları sadalayan Mehriban Əliyeva bildirib ki, bu gün bütün bu layihələrin nəticələri göz qabağındadır və onlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Heydər Əliyev Fondunun prezidenti “Yeniləşən Azərbaycana yeni məktəb”, “Talassemiyasız həyat naminə”, Azərbaycanın zəngin irsinin qorunub saxlanılması, dini abidələrin bərpa olunması, dünyanın müxtəlif ölkələrində Azərbaycan günlərinin keçirilməsi, digər ölkələrin mədəniyyətlərinin qorunmasına dəstəklə bağlı icra edilən layihələri qeyd edib, Fondun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurduğunu bildirib, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin uğurlu fəaliyyətinə diqqət yetirib. M.Əliyeva vurğulayıb ki, təşkilatın təşəbbüslərinə geniş şəkildə Azərbaycan gəncləri də qoşulur. Bundan başqa, Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyəti də artıq nəticəsini verir. Sonra 2009-cu ildə Fond tərəfindən təsis edilən “Qızıl Çinar” mükafatının 2014-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Heydər Əliyevin doğum gününə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr edilən mərasim bədii proqramla davam edib. qafqazinfo ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|