Ruhun şad olsun, Heydər Baba! Vətən sağ olsun Azərbaycan!Bölmə: Xəbər
![]() Dünən ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyi tədbir keçirdi. Tədbiri giriş sözü ilə təşkilatın icraçı direktoru Elnarə Şərurlu açaraq ulu öndərin Azərbaycan xalqının tarixində göstərdiyi xidmətlərindən danışdı. Sonra sözü təşkilatın sədri Əlövsət Qasımova verdi. Əlövsət Qasımov tədbir iştirakçılarını salamladı. Ümummilli liderin hərbçilərə, əlil və veteranlara diqqət və qayğısından söz açdı. Sonra söz verildi Azərbaycan Milli Elmlər Akademiyasının Ədədbiyyat İnstitutunun mütəxəsisi,professor Asif Rüstəmliyə. Asif müəllim ulu öndərlə bağlı geniş nitq söylədi. Bildirdi ki, Heydər Əliyev tarixi şəxsiyyətdir. O, bütün sahələrdə dönüş yaratmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Heydər Əliyev haqqında saatlarla söhbət etmək olar. Heydər Əliyev bütün sahələrlə yanaşı elm-təhsilin inkişafına da xüsusi fikir verən dövlət rəhbəri idi. Sevindirici haldır ki, bu gün həmin kursu cənab İlham Əliyev uğurla davam etdirir. Tədbirdə çıxış edən digər natiqlər də Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən, dövlətimizin müstəqillik qazanmağındakı səmərəli fəaliyyətindən söz açdılar. Bildirdilər ki, Heydər Əliyev xalqın əbədi yaddaşında daima yaşayacaq və xatırlanacaq. Tədbirdə Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi diqqət və qayğısından danışan “Xalqinfo.az” xəbər portalının baş redaktoru Zamin Zeynal bildirdi ki, Heydər Əliyevin həyatı və fəaliyyəti böyük bir məktəbdir. Yaxşı olar ki, gənclərimizin hər biri bu məktəbdən yararlansın! Biz gənclər, hər bir Azərbaycan vətəndaşları gənc Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli,əbədiyaşar liderimizin qurub-yaratdığı müstəqil və müasir Azərbaycanı göz-bəbəyimiz kimi qorumalıyıq. Ruhun şad olsun Heydər baba, vətən sağ olsun Azərbaycan! Xalqinfo.az xəbər xidməti ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|