“Millətini uca zirvələrə qaldırmış dahi insan”Bölmə: BLOK XƏBƏR, MANŞET
![]() Pakistanın ingilisdilli “The Frontier Post” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Millətini uca zirvələrə qaldırmış dahi insan” adlı məqalə dərc edilib. Müəllif Sabah Aslam məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verir. Məqalədə bildirilir ki, 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdıb. Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin müəyyən hissəsi işğal olunmuş bir ölkənin Prezidenti seçilmişdi. Qeyd edilir ki, xarizmatik və müdrik lider olan Heydər Əliyev Azərbaycanın Qərb və Şərq ölkələri ilə sıx əlaqələr qurmasına nail olmuş və bununla da öz ölkəsini dünya miqyasında mühüm əhəmiyyətli dövlətlər sırasına daxil etmişdir. Məqalədə Heydər Əliyevin ölkənin maraqlarına uyğun balanslaşdırılmış siyasət apardığı vurğulanır. Müəllif qeyd edir ki, Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan ordusu yaradılıb, işğalçı Ermənistanla atəşkəs müqaviləsi imzalanıb. Yazıda Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycana milyardlarla dollar sərmayə qoyulduğu vurğulanır. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi- Ərzrum və digər layihələrin həyata keçirilməsi mümkün olub. Məqalədə bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisində deyil, eyni zamanda, dövlət müstəqilliyin güclənməsində böyük rol oynadığı vurğulanır. Yazıda bildirilir ki, Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa bir müddət ərzində sürətlə inkişaf edən ölkəyə çevrilib. Məhz Ümummilli Liderin rəhbərliyi ilə ölkənin Konstitusiyası qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub. Sabah Aslam yazır ki, Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin hüquqi normativ bazasını yaradıb. Qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də xaricidə elm, mədəniyyət, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirir. Məqalənin sonunda vurğulanır ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun ideyaları yaşayır və yaşayacaqdır. AzərTAc |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|