» » "Türkiyə Bakı-Tbilisi-Qars üzrə işləri vaxtında başa çatdıracaq" -

"Türkiyə Bakı-Tbilisi-Qars üzrə işləri vaxtında başa çatdıracaq" - Nəqliyyat Nazirliyi

Bölmə: İqtisadiyyat
"Türkiyə Bakı-Tbilisi-Qars üzrə işləri vaxtında başa çatdıracaq" - Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq. trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Türkiyə ərazisində işlərin yubanması haqqında informasiya ilə bağlə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu söhbətlər layihə reallaşdırılmağa başlayandan var: "Demək istərdim ki, Türkiyədə işlər davam edir və vaxtına tamamlanacaq".

M.Pənahov qeyd edib ki, bu ilin dekabrında Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işçi qatarın işə salınması planlaşdırılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler