Bakı dəmir yolu vağzalı köçürüləcək - PLAN“Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub”."Xalqinfo.az" qeyd edir ki, bunu lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur. “Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni vağzal üçün yer ayrıla bilər”. Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu xəttinin qalması planlaşdırılır: “Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq”. |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|