Üç Prezident görüşəcəkBölmə: Siyasət, BLOK XƏBƏR
![]() Gürcüstan prezidenti Georgi Marqvelaşvili Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq "2014 Tbilisi sammit" adlı beynəlxalq forumda iştirak edəcək Türkiyə və Azərbaycan prezidentlərini qəbul edəcək. ANS PRESS-in məlumatına görə, sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşü region üçün önəmlidir. Gürcüstanın paytaxtı Tiflis 2 gün sonra reallaşacaq təhlükəsizlik sammitinə hazırlaşır. Artıq paytaxtın əksər küçələrində keçiriləcək sammitin bilbordları asılıb. Martın 6-da keçirilməsi planlaşdırılan təhlükəsizlik sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri də iştirak edəcək. Siyası politoloqlar isə bu sammitin Gürcüstan üçün önəmli olduğunu bildirirlər. Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Çiskarişvili "Bu görüş Bakı-Tiflis-qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir. Və çox güman ki, prezidentlər bu görüşdə dəmir yolu xəttinin digər detallarını müzakirə edəcəklər. Çünki hazırda hər 3 ölkə üçün ən əhəmiyyətli məsələ budur. Amma prezidenlərin görüşü təkcə Bakı-Tiflis Qars dəmir yolu xətti mövzusunu əhatə etmir.Bu həm də Gürcüstan üçün iqtisadə baxımdan əhəmiyyətli görüşdür. Bir neçə gün əvvəl Gürcüstanın Maestro telekanalına müsahibə verən Gürcüstan prezidenti də keçiriləcək sammit haqqında danışıb. Prezident Marqvelaşvili bu sammitin nəinki Gürcüstan üçün, hətta region üçün önəmli olduğunu vurğulayıb. O, sammitdə bir çox məsələlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə olunacağını bildirib. Qeyd edək ki, bu formatda sonuncu görüş fevralın 19-da Azərbaycanın Gəncə şəhərində keçirilib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri iştirak ediblər. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|