Çexiya Prezidentinin Azərbaycana səfəri gözlənilirBölmə: İqtisadiyyat
Çexiya hökuməti ölkənin şirkətləri üçün Azərbaycanı prioritet potensial bazarı qismində seçib və onları ölkəmizlə əməkdaşlığı genişləndirməyə çağırıb. Xalqinfo.az bildirir ki, bunu trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, Çexiya hökuməti Azərbaycanın tikinti sektoru, maşınqayırma və nəqliyyat infrastrukturu sahələrində Çexiya şirkətlərinin iştirakının genişlənməsinə böyük ümid bəsləyir. Diplomat qeyd edib ki, Çexiyanın bir neçə şirkəti Azərbaycanın nəqliyyat sektoruna maraq göstərir: "Çexiya şirkətlərinin Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsində iştirakı üzrə danışıqlar aparılır". F.Şəfiyevin sözlərinə əsasən, Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri təqribən 1 milyard dollar olan müqavilələrlə təmsil olunurlar: "Bir müqavilənin - dəyəri 300 milyon dollar olan Bakı-Quba avtomobil yolunun tikintisinin reallaşdırılması başa çatıb". Səfir əlavə edib ki, Çexiya şirkətləri Bakı Metropoliteninin xətlərindən birinin tikintisi layihəsində iştirakda maraqlıdırlar və bu məsələ ilə bağlı danışıqlar davam edir. O vurğulayıb ki, Çexiya Azərbaycan investisiyaları üçün də açıq ölkədir: "Son 10 ildə xarici şirkətlər, o cümlədən Azərbaycan şirkətləri Çexiyada, xüsusilə Karlovı Varıda daşınmaz əmlak sahəsinə maraq göstərirlər". İkitərəfli əlaqələrin inkişafına təkan vermək üçün gələn ilin əvvəlində bir sıra qarşılıqlı səfərlərin, o cümlədən yüksək səviyyədə səfərlərin təşkili planlaşdırılır. F.Şəfiyev deyib ki, gələn ilin fevral-mart aylarında Çexiya Prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir ki, bu da əlaqələrin inkişafına əlavə təkan verəcək. Gələn il iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi də planlaşdırılır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında iki ölkə arasında əmtəə dövriyyəsi 515,51 milyon dollar təşkil edib. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|