» » Başına ağac düşdü, öldü -

Başına ağac düşdü, öldü - Güclü külək faciəsi

Bölmə: Xəbər, Kriminal
Başına ağac düşdü, öldü -
Güclü külək Zərdab rayonunda ölümə səbəb olub. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışla müşahidə olunan külək nəticəsində rayonun Gödəkqobu kəndində qırılan iri gövdəli ağac 1985-ci il təvəllüdlü Qənimət İsa oğlu Davudovun başına düşüb və o, hadisə yerində ölüb.

Bundan başqa, güclü külək nəticəsində Heydər Əliyev prospektində işıq və rabitə dirəkləri aşıb, Zərdabi küçəsində ağacların yaşayış sahələrinə və tikilinin üstünə aşması nəticəsində sahibkarlara ciddi ziyan dəyib. Yağışla müşahidə olunan külək nəticəsində taxıl zəmilərində yetişmiş məhsul yararsız hala düşüb. Barama təsərrüfatlarına da ciddi ziyan dəyib.

Təbii fəlakət nəticəsində dəyən ziyanın miqdarı dəqiqləşdirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler