» » Güclü külək Tovuzda fəsadlar törədib

Güclü külək Tovuzda fəsadlar törədib

Bölmə: Xəbər
Güclü külək Tovuzda fəsadlar törədib
Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evə ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında mənzildə isə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler