» » Azərbaycanda qasırğa 2 televiziyanın yayım stansiyasına ziyan vurdu-

Azərbaycanda qasırğa 2 televiziyanın yayım stansiyasına ziyan vurdu- Video

Bölmə: Sosial
Azərbaycanda qasırğa 2 televiziyanın yayım stansiyasına ziyan vurdu-
Zaqatala və Balakən rayonlarında gecə yarısı güclü tufanla müşahidə olunan leysan və dolu rayonda ciddi fəsadlara səbəb olub.

ANS TV-nin məlumatına görə, qasırğa Zaqatalada iki televiziyanın yayım stansiyasına da ciddi ziyan vurub. Yerli televiziyanın yayım qülləsi yaxınlıqdakı evin üzərinə aşıb. Nəticədə televiziyanın yayımı ilə yanaşı qüllədə yerləşən bir neçə mobil operatorların ötürücüləri də sıradan çıxıb. Həmçinin rayonun Danaçı kəndində aşan iri gödəli ağac ANS TV-nin yayım ötürücüsü yerləşən ərazidə ciddi fəsadlara səbəb olub.

Balakən rayonunda isə gecədən başlayan tufan üç saata yaxın davam edib. Güclü yağış və dolu 8 məktəb binasının dam örtüyünü uçurub, 150-dən çox fərdi yaşayış evinə, 7 uşaq bağçasına ciddi ziyan vurub. Burda da çoxlu sayda iri gövdəli ağacları aşırıb. Həmçinin, dağətəyi kəndlərin enerji təsərrüfatına ciddi ziyan vurub.

Həmçinin, dağətəyi kəndlərdə enerji təsərrüfatına ciddi ziyan dəyib. Rayonda işıq, rabitə və qaz xətləri sıradan çıxdığına görə kommunal xidmətlər iflic vəziyyətə düşüb.

Qeyd edək ki, tufan əsasən Zaqatalanın Danaçı, Makov və Dardoqqaz kəndlərinə ziyan vurub. Külək və qasırğa 600-dən çox iri gövdəli ağacı kökündən çıxarıb. Şəhərdə 300-dən çox müxtəlif ictimai və dövlət binalarına ciddi ziyan dəyib.

“Küləyin təsirindən Heydər Əliyev prospekti 155 saylı evin damı uçub. Ev sakinləri hadisədən qaçaraq canlarını güclə qurtarıblar. Ev tamamilə yararsız hala düşüb, evdə yaşamaq qeyri-mümkündür”, - deyə rayon sakini Şirin Hüseynov qeyd edib.

Qasırğa nəticəsində Mənzil İstismar İdarəsinin balansında olan 21-dən çox binanın dam örtüyü də qırılıb.

Hər iki rayonda rabitə, enerji və qaz xəttləri tamamilə sıradan çıxıb. 120-dən çox elektrik dirəyi aşıb, 8 ədəd şəxsi avtomobilin üstünə ağac və dam örtüyü qırıntıları düşməsi nəticəsində ciddi ziyan dəyib.

FHN-nın sədri Elman Ramazanovun sözlərinə görə, komissiya qrupu tərəfindən rayona dəymiş ziyanın fəsadlarının hesablandığı və bu fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler