» » Təbii fəlakət Sidneyi

Təbii fəlakət Sidneyi viran etdi

Bölmə: Xəbər, Dünya
Təbii fəlakət Sidneyi Avstraliyanın cənub-şərqində tüğyan etməyə davam edən qasırğa əsl xaos yaradıb. Nyu Saus Uels ştatında baş verən qasırğa daşqınlara səbəb olub.

Xalqinfo.az bildirir ki, ştatın inzibati mərkəzi olan Sidney şəhəri ən çox ziyan görüb. Şəhərdə 215 mindən çox evə ziyan dəyib. Danqoq və Sidney şəhərində ümumilikdə 3 nəfərin öldüyü bildirilir.

Leysan yağış və güclü külək Sidney sahillərində də fəsadlara səbəb olub, dəniz nəqliyyatı 48 saat müddətinə dayanıb. Göyərtəsində minlərlə sərnişinin olduğu səyahət gəmisi isə Sidney sahilinə yaxınlaşarkən çətinliklə üzləşib. Hündürlüyü 10 metrə çatan dalğalar gəminin Sidney limanına yaxınlaşmasına əngəl törədib.
Mənbə
Associated Press

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler