» » iPhone 6 satışa çıxarıldı:

iPhone 6 satışa çıxarıldı: uzun növbələr yarandı

Bölmə: Xəbər
iPhone 6 satışa çıxarıldı:
Apple şirkətinin yeni məhsulu iPhone 6 bütün dünyada satışa çıxarıldıqdan sonra bəzi Asiya ölkələrində Apple mağazalanının qarşısında inanılmaz uzunluqda növbələr yaranıb. iPhone smartfonlarının ən son modelini əldə etmək istəyənlərin bəziləri həftələrdir növbə gözləyirlər.

ans press-in məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda Apple mağazasının rəhbərliyi ilk iPhone 6 alıcılarını mağazaya buraxmazdan əvvəl "geri sayım" həyata keçirib. Yaponiyada iPhone 6 satışı əvvəlcədən rezervasiya ilə olduğu üçün növbəyə durmağa o qədər də ehtiyac olmasa da, bəzi Apple həvəskarları günlərdir mağazanın önündə dayanıb.

Honq-Konqda iPhone 6 alıcıları həvəslə yeni smartfonu alsalar da, işçilərin hüquqlarını müdafiə edən bir qrup etirazçı smartfon istehsalının yüksək tələbata uyğunlaşdırılması üçün işçilərin normadan artıq işlədilməsinə etiraz edib.

Avstraliyanın Sidney şəhərində isə Apple mağazasının qarşısına iPhone 6-nı ilk alanlardan olmaq istəyən 1200-ə yaxın adam toplaşıb. Onların arasında 10 gündür növbədən dayananlar da olub.

Yeni model iPhone ötən həftə ABŞ-ın Kaliforniya ştatında ictimaiyyətə təqdim edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler