» » Bakı metrosunda həyəcan…

Bakı metrosunda həyəcan…

Bölmə: Xəbər
Bakı metrosunda həyəcan…Bakı metrosunda bu gün yenidən problem yaranıb.


Xalqinfo.az xəbər verir ki, ANS PRESS-in metroda olan əməkdaşlarının verdiyi məlumata görə, nasazlıq "Həzi Aslanov" "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib. Belə ki, "Nizami" stansiyasından "Elmlər Akademisyası"na gedən qatar sərnişin dolu qatar 10 dəqiqədən artıq tuneldə qalıb. "Maşinist vaqonlardan keçərək ən sondakı qatara getdi və qatarı yenidən "Nizami" stansiyasına qaytardı. Stansiyada qalan qatardan sərnişinlər boşaldıldı. Lakin qatar hərəkətsiz vəziyyətdə bir müddət "Nizami" stansiyasında qaldı. Sərnişinlərin bir hissəsi isə stansiyadan çıxaraq yollarına avtobus, taksilərlə davam etdilər".

Qeyd edək ki, "Nizami" stansiyasındakı problem "28 May" stansiyasında da hiss edilib. Belə ki, "Dərnəgül"ə gedən qatar istiqamətini dəyişərək "İçərişəhər" istiqamətində hərəkət edib. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler