Sərnişinlər gecə metroda qaldıBölmə: Sosial
![]() Bakı metropliteninin Nizami stansiyasında qatarlardan birində problem yaranıb. Bu barədə ans press-ə hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, təxminən 50 dəqiqə bundan əvvəl, yəni gecə 12 radələrində Nizami stansiyasında qatarlardan birində problem yaranıb. Sərnişinlər qatardan təxliyyə edilib. Digər qatar isə bir müddət gəlməyib. Nəticədə sərnişinlər stansiyada qalıblar. Sərnişinlərin sözlərinə görə, stansiyaya gələn ikinci qatarda da problem yaranıb və həmin qatar da geriyə qaytarılıb. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev faktı təsdiqlədi. O, bildirdi ki, "Dərnəgül" istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yarandığına görə, həmin qatar depoya göndərilib. "Nizami stansiyasında qatarlardan birində problem yarandı. Belə olan təqdirdə sərnişinlərin təhlükəsizliyi üçün qatar yoluna davam edə bilməzdi. Ona görə də qatar depoya göndərilib. Gecə saatlarında qatarlar arasında interval gündüz saatları ilə müqayisədə bir az çox olur. Digər qatarın gəlməsi ona görə də bir az vaxt aparıb. Bu isə sərnişinlərin narahatçılığına səbəb olub. Hazırda qatarların hərəkəti bərpa edilib", deyə Nəsimi Paşayev bildirdi. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|