Bakı metrosunda həyəcanBölmə: Xəbər
![]() Bu gün saat 12 radələrində Bakı metropolitenində sərnişinlər gərgin anlar yaşayıb. Bu barədə ans press-in “qaynar xətti”nə bildirilib. Verilən məlumata görə, hadisə “Gənclik” metrostansiyasında baş verib. Qatar platformada hərəkətsiz dayanıb və bir müddət sonra sərnişinlər qatarlardan düşürdülüb. Nəticədə stansiyada sərnişin sıxlığı yaşanıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə açıqlamasında hadisənin texniki nasazlıq səbəbindən baş verdiyini bildirib. “İçərişəhər”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edən 16 saylı qatarda problem yaşanıb. Qatar hərəkət edə bilməyib. Nəticədə sərnişinlər evakuasiya olunub. Köməkçi qatar vasitəsilə həmin nasaz qatar xətdən çıxarılaraq depoya göndərilib. “Hadisə nəticəsində qatarlar arasında fasilə 10 dəqiqəyədək artıb. Həmin interval 2 saat ərzində bərpa olunacaq”, - deyə Nəsimi Paşayev bildirib. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|