Terrorçu gizli dəfn edildi

Bölmə: Xəbər, Dünya
Terrorçu gizliFransanın paytaxtı Parisdə anti-terror əməliyyatları zamanı öldürən terrorçu Səid Kuaşinin meyiti gizli şəkildə Reyms şəhərində dəfn olunub.

Xalqinfo.az-ın məlumatına görə, şəhərin meri Arno Rebine əvvəlcə dəfnə icazə verməyib. Lakin daha sonra qanunlara əsasən hərəkət etməyə məcbur olub.

Kuaşinin qəbrinin müsəlmanların ziyarətgahına çevrilə biləcəyi ehtimalları Rebineni narahat edən əsas səbəblərdən biri olub. Lakin dəfnin gizli şəkildə baş tutacağı vədi onun razı salıb.

Səid və Şərif Kuaşi qardaşları Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyi üçün “Şarli Ebdo” jurnalına hücum edərək 12 nəfəri öldürüb, daha sonra anti-terror əməliyyatları zamanı özləri də öldürülmüşdülər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler