Qardaşlar terror aktı üçün 20 min dollar alıbBölmə: Dünya
![]() aznews.az xəbər verir ki, bu haqda “ABC News” telekanalı yayıb. Məlumatda deyilir ki, Şərif Kuaşi 2011-ci ildə Yəmənə gələrək həmin pulu götürüb. Onun “Əl-Qaidə”nin yerli şöbəsinin rəhbəri, imam Ənvər əl-Avlaki ilə də görüşdüyü istisna edilmir. Onların terror aktı zamanı istifadə etdikləri avtomat silahlar isə 5 min avroya Brüssel vağzalının yaxınlığında Amedi Kulibali tərəfindən əldə edilib. Qeyd edək ki, yanvarın 7-də baş verən terror aktı zamanı 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlər arasında jurnalın Baş redaktoru və 2 polis əməkdaşı da var. Yanvarın 10-da isə bu terror aktını “Əl-Qaidə”nin Yəmən qanadı öz üzərinə götürüb. Məqsəd isə Məhəmməd peyğəmbərin jurnalda karikaturasını dərc edənləri cəzalandırmaq olub. |
|