» » 3 milyondan çox insan terroru pislədi

3 milyondan çox insan terroru pislədi

Bölmə: Xəbər, Dünya
3 milyondan çox insan terroru pislədiFransanın paytaxtı Parisdə 3 gün boyunca yaşanan terrordan sonra 4 milyona yaxın insanın iştirakı ilə həmrəylik yürüşləri olub. On minlərlə fəal 3 istiqamətdə “Respublika” meydanından “Millət” meydanına yürüş ediblər.

Xalqinfo.az-ın məlumatına görə, yürüşün ön sıralarında Fransa prezidenti Fransau Oland ilə birgə 50-dən çox ölkə lideri qol-qola addımlayıb. Qərb ölkələri ilə yanaşı Türkiyə, Fələstin və İordaniyanın da dövlət nümayəndələri yürüşə qatılıb. Türkiyəni baş nazir Əhməd Davudoğlu, Fələstini ölkə lideri Mahmud Abbas, İordaniyanı isə kral ikinci Abdullah yürüşdə təmsil edib. Fəallar əllərində “Biz Şarliyik” plakardları, bəziləri karandaşla söz və ifadə azadlığına dəstək nümayiş etdiriblər.

Yürüş zamanı Parisdə olan lakin peyğəmbərin təhqir olunmasına etiraz etdiyi üçün Mərakeşin xarici işlər naziri Səlahəddin Məzouar yürüşə qatılmayıb. Bununla belə, nazir Fransa rəhbərliyinə baş sağılğı vermək üçün Yelisey sarayına baş çəkib.

Aksiya zamanı Parisin təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejimində işləyiblər. 10 minə yaxın polis və əsgər, həmiçinin, 100-lərlə snayper aksiyanın təhlükəsizliyini təmin edib.

Oxşar yürüşlər, eyni zamanda, Avropanın mərkəzi şəhərləri - Böyük Britaniyanın paytaxtı London, Almaniyanın paytaxtı Berlin, İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva, İtaliyanın paytaxtı Roma, okeanın o tayında - Kanadanın Monreal şəhərində, latın ölkələrində, eyni zamanda, Türkiyənin paytaxtı Ankara və İstanbul şəhərlərində də baş tutub.

Parisdə “Şarli Ebdo” jurnalının İŞİD lideri Əbubəkr əl-Bağdadinin karikaturasını yayımlaması nəticəsində əl-Qaidə terror qruplaşmasının üzvləri olduğu iddia edilən şəxslər jurnalın redaksiyasına silahlı hücum edərək 12 nəfəri öldürmüşdülər. Hadisələrin inkişafında isə, daha 4 girov öldürülmüş, sonda isə, terrorçular zərərsizləşdirilmişdi.

Məlumata görə, mağazada öldürülən 4 yəhudinin meyiti İsraildə dəfn olunacaq.

“Şarli Ebdo” jurnalı bir müddət əvvəl, eyni zamanda, İslam peyğəmbəri Məhəmməd Səlavatullahın da karikaturasını çəkmiş, jurnalın bu addımı, müsəlman dünyasında qəzəbə səbəb olmuşdu.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler