» » Təranə Nazəninə uduzdu –

Təranə Nazəninə uduzdu – Məhkəmədə

Bölmə: Şou
Təranə Nazəninə uduzdu – Müğənni Təranə Qumral ilə Nazənin arasında başlayan qalmaqallı məhkəmə prosesi ikincinin xeyri ilə yekinlaşıb.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında müğənni Nazəninin vəkili Adəm Məmmədov deyib.

O bildirib ki, müğənni Təranə İbrahimovanın (Qumral) ərizəsi qanunverciliyin tələblərinə uyğun tərtib olunmadığından, həmçinin özündə cinayət tərkibinin əlamətlərini əks etdirmədiyindən Bakı şəhər Səbail rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı ilə icraata qəbul edilmədən imtina olunub: “Belə ki, xüsusi ittiham qaydasında şikayətdən görünür ki, xüsusi ittihamçı Təranə İbrahimova şikayətin verildiyi tarixin ilini və ayını göstərsə də, gününü göstərməyib. Bundan başqa, xüsusi ittihamçı Təranə İbrahimovanın məşğuliyyət növü, vəzifəsi qeyd edilməyib. Xatırladaq ki, 03.11.2014-cü il tarixdə “ANS” televiziya kanalında "Bazar səhəri Rövşanə ilə" verlişində ilk öncə İbrahimova Təranə Xeyrulla qızı (Təranə Qumral) Salayeva Nazənin Rəhim qızının ünvanıma böhtan, yalan olduğunu bilə-bilə yaydığı məlumatlarla çıxış edərək nəticədə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələləyən məlumatlarla və həmçinin digər mətbuat orqanlarında çıxış edib. Göründüyü kimi, bu təhqir və böhtanları Təranə İbrahimova (Qumral) başlayıb və Nazənin Salayevə isə canlı yayıma telefonla zəng edərək buna iradını bildirib. Salayevə Nazənin Rəhim qızı bu iradını bildirməklə onun hüquqlarına qəsd edən Təranə İbrahimovanın qanunsuz hərəkətlərinin qarşısını almağa çalışıb”.

Tanınmış vəkil Adəm Məmmədov müğənni Təranə İbrahimovanın (Qumral) hüquqlarını müdafiə edən Vüqar Səfərlinin bir müddət əvvəl mətbuata verdiyi açıqlamasına da öz münasibətini bildirib:
“Şou xarakterli müsahibələr vermək əvəzinə qanunvericiliyin tələblərinə istinad etməsi məqsədə müvafiq olardı. Araşdırmamız zamanı müəyyən edildi ki, Təranə İbrahimovanın (Qumral) hüquqşunası bildirib ki, Nazənin xanımı 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu hal Nazənin xanıma mənəvi, pisxoloji təsir göstərib. Ona görə ki, böhtan və təhqir olunmaqla bərabər həbslə hədələnib”.

Xatırladaq ki, ANS telekanalının “Bazar səhəri” verilişində müğənnilər Təranə Qumralla Nazənin arasında qalmaqal yaranıb.

Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasının ardınca, Nazənin "Təranəni ərimlə tutmuşam" kimi şok ittihamlar səsləndirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler