» » Təranə Qumral Nazənini məhkəməyə verdi -

Təranə Qumral Nazənini məhkəməyə verdi - YENİLƏNİB

Bölmə: Şou
Təranə Qumral Nazənini məhkəməyə verdi -Müğənni Təranə Qumral həmkarı Nazənini şərəf və ləyaqətinin təhqir olunması və dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə verib
Xalqinfo.az xəbər verir ki, Təranə Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) hüquqi nümayəndəsi Vüqar Səfərlinin publika.az-a verdiyi məlumata görə, buna ANS telekanalında yayımlanan “Bazar səhəri” verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr səbəb olub:

“Həmin verilişdə Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu Abbasov telefon əlaqəsi yaradaraq, iddiaçıların ünvanına işlətdiyi təhqiramiz ifadələrə görə Xətai Rayon Məhkəməsinə müraciət olunub. Həmçinin Pərviz Abbasovun Instagram səhifəsində yerləşdirdiyi “Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə” ifadəsinin təkzib olunması iddia ərizəsində öz əksini tapıb. Hesab edirik ki, bu təhqirlər cəmiyyətdə onların barəsində mənfi rəy formalaşdırıb və Təranə xanımın işgüzar nüfuzunu, həmçinin şərəf və ləyaqətini ləkələyib”.

Qeyd edək ki, məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Xatırladaq ki, iki sənətçi arasındakı münasibət müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günündən sonra gərginləşib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler