» » “Nazənin 7 dəfə ərdə olub“ məhkəməsi başladı

“Nazənin 7 dəfə ərdə olub“ məhkəməsi başladı

Bölmə: Şou
“Nazənin 7 dəfə ərdə olub“ məhkəməsi başladı“Nazənin xanımın Təranə Qumrala qarşı iddia ərizəsi üzrə mülki işin hazırlıq iclası olacaq”.

Xalqinfo.az bildirir ki, bunu aznews.az-a açıqlamasında müğənni Nazəninin vəkili Adəm Məmmədov deyib.
O bildirib ki, işə Nərimanov rayon Məhkəməsində baxılacaq: “Məhkəmə hazırlıq iclası dekabrın 1-də saat 10.35-ə təyin olunub. Mülki iş Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatındadır”.

Qeyd edək ki, iddia ərizəsində cavabdeh İbrahimova Təranə Xeyrulla qızı tərəfindən Nazənin xanımın şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların yalan məlumatlar kimi tanınması tələb edilib.

İddiada həmin məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh İbrahimova Təranə Xeyrulla qızının üzr istəməsi və ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də əksini tapıb.

Xatırladaq ki, ANS telekanalının “Bazar səhəri” verilişində müğənnilər Təranə Qumralla Nazənin arasında qalmaqal yaranıb.

Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasının ardınca, Nazəninin "Təranəni ərimlə tutmuşam" kimi şok ittihamlar səsləndirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler