» » "Azərbaycan gəncliyi fenomenal şəxsin adı ilə fəxr edir" Tural Məmmədov


"Azərbaycan gəncliyi fenomenal şəxsin adı ilə fəxr edir" Tural Məmmədov

Bölmə: Sosial, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
"Azərbaycan gəncliyi fenomenal şəxsin adı ilə fəxr edir" Tural Məmmədov

Tural Məmmədov

Xalqİnfo.az Xəbər Portalının Baş direktoru Tural Məmmədov ulu öndərimiz Heydər Əliyevin anım günü ilə əlaqədar öz fikirlərini bölüşüb.

Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixində, Azərbaycanın milli tarixində, siyasi tarixində özünəməxsus yer tutmuş böyük şəxsiyyətlərimiz kifayət qədərdir.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqının ulu öndəri, ümummilli lideri Heydər Əliyev bunların içərisində yeganə tarixi şəxsiyyətdir ki, milli lider, ulu öndər səviyyəsinə gəlib çatmışdır.

Biz bilirik ki, 12 dekabr 2016-cı il Azərbaycan xalqının ulu öndəri, ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Allah qəni-qəni rəhmət eləsin, ruhunu şad eləsin!

Mən də bir gənc olaraq ulu öndərimizin yolun tutan və ulu öndər ideaları əsasında öz fəaliyyətini quran bir gənc kimi bu gün qürur hissi keçirdirəm ki, mətbuatda Heydər Əliyev haqqında fikirlərimi bölüşürəm. Hesab edirəm ki, ulu öndərin Azərbaycan xalqına miras qoyub getdiyi bu dövlət getdikcə daha da çiçəklənəcək və tarix keçdikcə, zaman keçdikcə Azərbaycan xalqı ulu öndərimizin hansı möhtəşəm işlərin əsasını qoyub getdiyinin bir daha şahidi olacaqdır. Allaha şükürlər olsun ki, bu gün ulu öndərimizin qurub getdiyi, öz canından artıq sevdiyi xalqına qoyub getdiyi miras, müstəqillik, “Azərbaycan” adlı əsəri etibarlı əllərdədir. Ona görə ki, bu gün onun siyasəti layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın tale yüklü məsələlərini, Azərbaycanın bugünkü səviyyəsinə gəlib çatmasını, xalqımızın inkişafını, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır.

Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”

Tural Məmmədov vurğulayıb ki, fenomenal şəxsin müdrik kəlamları, fikirləri bu gün də xalqımızın, gənclərimizin nitqindədir və tədbirlərdə, siyasi görüşlərdə, ictimaiyyət içərisində öz töhfəsini verməkdədir. Hər zaman Heydər Əliyev vətənlə bağlı, xalqla bağlı, belə tale yüklü məsələlərin, xalqın öz müqəddəratını həll etmə anlarında dediyi fikirləri, müdrik siyasəti köməyimizə çatacaqdır necə ki çatır. Dahi fenomenin belə fikirlərindən biri də bundan ibarətdir ki, “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Baxın görün fikirdəki möhtəşəmliyi, fikirdəki əzəməti. Mən özüm gənc olaraq 2008-2009-cu illərdə Azərbaycanın ali təhsil müəssisələrində, bir neçə rayonlarında ulu öndərin bu “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı mövzusunda tədbirlər keçirtmişəm. Əsas məqsədimiz də gənclər arasında vətənpərvərlik ruhunun təbliği və ümummilli liderimizin ölməz ideyalarının gənclər arasında yayılmasıdır. Bu fikirlər gəncliyin, ümumilikdə Azərbaycan xalqının inkişafına xidmət edən fikirlərdir. Azərbaycanın milli, siyasi tarixində, Azərbaycan xalqının mədəniyyət tarixində, bundan sonra inanmıram ki, Heydər Əliyevi əvəzləyəcək şəxsiyyət gəlsin, onun qədər Azərbaycan xalqının taleyini öz çiyinlərində daşıya biləcək lider gəlsin. Baxmayaraq ki, bu gün onun siyasəti çox uğurla davam etdirilir və Azərbaycan xalqı bundan məmnundur.

Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə bir yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Tanınmış ictimai-siyasi gənc bildirib ki, hesab edirəm bu fikirlər və mənim bir gənc olaraq söylədiklərim öz fikrimdir və bundan sonra da bir gənclik olaraq biz ulu öndərimizin ideyaları əsasında birləşəcəyik. Nə xoş bizə ki, Heydər Əliyevin ölməz ideyaları bu gün Azərbaycan xalqının inkişafına təminatdır. Mənim bu fikirlərimə don geyindirənlər ola bilsin ki, bu vətəni sevməyən insanlardır. Lakin mən özüm o vaxtı uşaq olmuşam, 1991-92-ci illərdə Azərbaycan tarixinin qara səhifəsi, Azərbaycanda baş verən separatizm, siyasi özbaşınalıq, xalqımızın küçələrdə başsız qalması yəqin ki, Azərbaycan xalqının, gəncliyinin yaddaşından çıxmayıb. O dövrdə olan gənclər bunu gözü ilə görüb. O dövrdə olmayanlar isə indi bunu tarix kitablarından oxuyurlar və aydın məsələdir ki, bəhs etdiyim dovrlərdə hansı proseslər baş verib.

O, qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqını bu separatizmdən, özbaşınalıqdan, bəlalardan xilas etdi:

Gördüyünüz kimi ümummilli liderimizin siyasəti çox uğurla davam etdirilir. Beynəlxalq siyasi münasibətlərə baxmayaraq bir neçə xristian ölkələrini çıxmaq şərti ilə bütün xalqlar arasında demək olar ki, sabitlik pozulub. Bizim ölkəmizdə isə sabitlik, inkişaf öz xətti ilə gedir və xalqımız günü-gündən inkişaf edir. İndi burada açıq etiraf etmək lazımdır ki, son hadisələrlə bağlı, devalvasiya ilə bağlı Azərbaycan xalqının sosial vəziyyətində çətinlik yaranıb. Məsələn: Bu Rusiyada da var, qonşu Türkiyyədə də var, yəni bu tək bizə rast gələn problem deyil. Ümumi regionun bəlasıdır. Biz də bunu çəkməyə borcluyuq. Açıq deyim ki, biz bunu xalq olaraq, dövlət olaraq, hökumət olaraq özümüz yaratmamışıq. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin siyasəti və səyi nəticəsində biz bu vəziyyətdən çıxacağıq. Biz bu işdə xalq olaraq da, gənclik olaraq da cənab pezidentimizin yanındayıq və bundan sonra da yanında olub bu məsələlərdə biz ona öz dəstəyimizi göstərəcəyik.

Tural Məmmədov qeyd edib ki, mən gənclik olaraq düşünərək tam səmimi deyirəm ki, Azərbaycan gəncliyi ulu ondərimizin idealogiyası ilə fəxr edir, “Heydər Əliyev” adı ilə fəxr edir. Mən bir tarixçi kimi, siyasi işlərlə məşğul olan bir gənc kimi özümə borc bilirəm bunu vurğulamağa ki, Azərbaycanın tarixində şərəfli səhifələr çoxdur və tarixdən də oxuyanda fəxarət hissi keçirdirəm. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin qazanılması, ilk demokratiyanın qazanılması da bizim şərəfli tariximizdir. O zamanlarda Məhəmməd Əmin Rəsulzadənin də fəaliyyəti Azərbacanın fəxridir və eyni zamanda hökumət kobinetlərində olan digər şəxsi ziyalılarımız Azərbaycan xalqının xidmətində olublar, böyük işlər görüblər. Bütün bunlarla yanaşı onu demək istəyirəm ki, bunların kuliminasiya nöqtəsi Heydər Əliyevin adı ilə bağlıdır və müasir tariximiz də göz qabağındadır. Azərbaycanın öz tarixində fəxr edə biləcək məsələləri çoxdur. Lakin ulu öndər siyasəti fəxr ediləcək əsas məsələlərdən biridir. Azərbaycan gəncliyi, xalqı eləcə də mən öz adımdan da deyirəm ki, tarix kitablarını oxuyanda ümumiyyətlə dahi fenomen haqqında düşünəndə bir məqam yada düşür: “Nə xoş bizə ki, ümummilli liderimiz olub, Heydər Əliyev adı var, ideyaları var yaşayır, bundan sonra da yaşayacaq.” Biz fəxr edirik ki, Azərbaycan xalqının adı, Azərbaycan dövlətinin adı Heydər Əliyevlə bağlıdır. Xalq olaraq, türk milləti olaraq qürur hissi keçirdirik ki, Heydər Əliyev fenomeni kimi tarixdə və dünyada özünəməxsus yer tutan böyük liderimiz olub və Heydər Əliyev adlı bir şəxsiyyətin təmsil etdiyi millətin nümayəndəsiyik.

Yaşasın Heydər Əliyev idealogiyası, yaşasın mütəqil Azərbaycanımız, yaşasın sabitliyimiz və bütövlükdə dövlətimiz!

Allah bir daha dahi şəxsiyyətə Heydər Əliyevə rəhmət eləsin!


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler