» » Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdi

Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdi

Bölmə: Siyasət
Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdiNeftçala rayonunun Yuxarı Qaramanlı kəndinin 104 yaşlı sakini İsrafil Sailov 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 26 saylı seçki məntəqəsinə hamıdan tez gələrək bələdiyyə orqanlarına namizədlər arasında özünün layiq hesab etdiyi şəxsə səs verib.


Xalqinfo.az AzərTAc-a istinadən xəbər verir ki, İ.Sailov bütün həyatı boyu seçkilərdə iştirak etdiyini və həmişə də birinci səs verənlər arasında olduğunu deyib.

İsrafil baba bunu özünün vətəndaşlıq borcu hesab etdiyini söyləyib.

Ümumiyyətlə, 61 saylı Neftçala seçki dairəsi üzrə budəfəki bələdiyyə seçkilərində yaşı 100-dən yuxarı olan 4 seçici iştirak edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler