» » Azərbaycanda bələdiyyə seçkiləri keçirilir -

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir - Yenilənib

Bölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir -Saat 12:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 21.44 faiz təşkil edib. trend-in məlumatına bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 033 210 nəfəri səs verib.

R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın qaynar xəttinə, poçt ünvanına müraciətlər daxil olmaqda davam edir və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

----------
10:53

Saat 10:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 10.4 faiz təşkil edib. trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

Onun sözlərinə görə, səs vermiş seçicilərin sayı 501254 nəfər təşkil edib. Ümumilikdə isə seçicilərin sayı 4819382 nəfər təşkil edir.

Onun sözlərinə görə, indiyə qədər MSK-nın "qaynar xətt"inə 25 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler