Prezident və ailəsi seçimin etdiBölmə: Sosial, BLOK XƏBƏR
![]() Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür. XALQİNFO.AZ AzərTAc-a istinadən verdiyi məlumata görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səs verdi. Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər. |
|