Bu, Azərbaycanın böyük qələbəsidir -I vitse-prezidentAprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi. Xalqinfo.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə bildirib. Aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu söyləyən xanım Mehriban Əliyeva vurğulayıb ki, əsgərlərimiz Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatının qarşısını aldı, düşmənə layiqli cavab verdi. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər. İnam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|