» » Düşmən itkilər verərək geri çəkildi -Zakir Həsənov

Düşmən itkilər verərək geri çəkildi -Zakir Həsənov

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Düşmən itkilər verərək geri çəkildi -Zakir Həsənov
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir.

Xalqinfo.az xəbər verir ki, bu sözləri aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə Müdafiə naziri Zakir Həsənov bildirib.

"2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi. Dördgünlük şiddətli döyüşlərdə düşmən canlı qüvvədə və hərbi texnikada çoxlu sayda itkilər verərək geri çəkildi. Cəbhə və döyüş bölgəsində əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı Silahlı Qüvvələrin Ali Baş Komandanının orduda həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub. Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi hospitalda olaraq yaralı əsgərlərlə və onların valideynləri ilə görüşməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin şəhid olmuş hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb.

Hörmətli xanım Birinci vitse-prezident, icazə verin, şəxsən öz adımdan, Silahlı Qüvvələrin şəxsi heyəti adından ordunun şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və şəxsən Sizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə dərin minnətdarlığımı bildirim", - Z. Həsənov qeyd edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler