» » "Mehriban Əliyeva ən layiqli namizəd idi" -

"Mehriban Əliyeva ən layiqli namizəd idi" - Abid Şərifov

Bölmə: Siyasət
"Mehriban Əliyeva ən layiqli namizəd idi" -
“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bütün xalqın ürəyindəndir. Çünki Mehriban xanım gördüyü işlərlə Azərbaycan xalqının sevimlisinə çevrilib”.

[url=Xalqinfo.az]Xalqinfo.az[/url] bunu AzVision.az-a açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: “Mehriban xanım Azərbaycanı Avropa ölkələrində geniş surətdə tanıdıb. Həmçinin Azərbaycanda həyata keçirilən bir çox layihələrə rəhbərlik edib. Mehriban xanım bu vəzifəyə ən layiqli namizəd idi. Buna çox sevinirik. Ona işlərində uğurlar arzu edirəm”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Ölkə başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidentini təqdim edib.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler