» » Obama Putinin qarşısına şərt qoydu(Video)

Obama Putinin qarşısına şərt qoydu(Video)

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Obama Putinin qarşısına şərt qoydu(Video)ABŞ Prezidenti Barak Obama Avropanı Minsk razılaşmasının tam icrasına qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.

Xalqinfo.az-ın məlumatına görə, B.Obama İtaliyanın baş naziri Matteo Rensi ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

ABŞ prezidenti bildirib ki, nə vaxta qədər ki, Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməyəcək, Ukraynada hərbi əməliyyatları dayandırmayacaq Avropada təklənəcək və qüvvədə olan sanksiyalar aradan qalxmayacaq.

"Qarşı tərəfdən razılaşmaya uyğun olaraq müsbət addımların, ciddi tədbirlərin reallaşdırılmasını görməyəcəyik, biz sanksiyaları ən azı indiki səviyyədə saxlamalıyıq".

Rusiya keçən il Krımı ilhaq edəndən və ölkənin şərqindəki üsyançıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Qərb rəsmiləri iddia edir ki, Rusiya Hərbi Qüvvələri üsyançıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya prezidenti Vladimir Putin bu iddiaları dəfələrlə rədd edib.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler