» » Obama: "Müharibə olmayacaq"

Obama: "Müharibə olmayacaq"

Bölmə: Dünya
Obama: "Müharibə olmayacaq"


ABŞ prezidenti NATO və Rusiya arasındakı son prosesləri müzakirə edib
"Rusiya və NATO arasında müharibə olmayacaq".

Bu sözləri ABŞ prezidenti Barak Obama deyib. O, NATO və Rusiya arasındakı son prosesləri müzakirə edib: "Mən inanmıram ki, Rusiya və NATO arasında qarşıdurma olacaq".

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton böyük səylə Şərqi Avropada müttəfiqlər arasında münasibətlərin nizama salınması üzərində işləyir.

Obama, Rusiyanın Ukrayna böhranı çərçivəsində lazımi tərəfə addım atacağını da istisna etməyib. ABŞ prezidenti bununla yanaşı, Rusiyanın Ukraynaya qarşı hərəkətlərini kəskin tənqid edib.

Barak Obama həmçinin qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar artıq onun iqtisadiyyatına təsir edir: "Bu vəziyyət Rusiyanın gələcəyi üçün çox pisdir. Moskva beynəlxalq normalara riayət etməlidir. Biz qarşıdurmalar yaratmaq niyyətində deyilik. Amma söhbət prinsiplərdən gedəndə biz çox sərt addımlar atırıq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler