» » İlk addımı kim atmalıdır? –

İlk addımı kim atmalıdır? – Rusiya, yoxsa ABŞ

Bölmə: Dünya, BLOK XƏBƏR
İlk addımı kim atmalıdır? –“Rusiya-ABŞ əlaqələrinin yaxşılaşdırılması üçün ilk addımı Vaşinqton atmalıdır”.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Myanmada keçirilən Cənub-Şərqi Asiya ölkələrinin sammiti gedişatında ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra deyib.

O, prezident Obama ilə söhbətin qısa olduğunu deyib: “Təbii ki, sammit kimi tədbirdə heç bir ətraflı söhbət ola bilməz”.

Dmitri Medvedev jurnalistlərlə ABŞ-Rusiya əlaqələrinin inkişafına dair mülahizələrilə bölüşüb.

Baş nazir dünyaya hədə yaradan çoxsaylı təhlükələrin mövcud olduğu halda Rusiyaya qarşı ABŞ sanksiyalarının tətbiqilə bağlı narazılığını bildirib.

Medvedevin sözlərinə görə, mövcud problemləri həll etmək üçün sadəcə olaraq sanksiyalardan imtina etmək lazımdır. Lakin Medvedev bunun nə vaxt baş verəcəyini bilmədiyini deyib.

"Bu, bizdən asılı deyil, çünki sanksiyaları biz qəbul etməmişik. Sanksiyalar ikitirəli vasitədir, onlar heç vaxt heç bir nəticə vermir”, - deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və bır sıra aparıcı dövlətlər Krımın ilhaqı və Moskvanın Ukrayna şərqindəki hadisələrə müdaxiləsilə ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler