» » Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -

Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -

Bölmə: Mədəniyyət, MANŞET
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Oktyabrın 22-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Crystall Hall”da “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub.

Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, digər rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərginin keçirilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, gənclərin ekoloji mövzuda hazırladıqları müxtəlif əsərlər də sərgilənib.

Tədbirdə ustad dərsləri keçirilib, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar, sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları təşkil olunub, adı Azərbaycanın “Qırmızı kitabı”na düşən heyvanlar və nadir ağaclar nümayiş etdirilib.

Sonda sərginin qalibləri mükafatlandırılıb.

Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -
Leyla Əliyeva nazir və deputatlarla birlikdə sərgidə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler