» » Məşhur fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisi açıldı -

Məşhur fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisi açıldı - Heydər Əliyev Mərkəzində

Bölmə: Sosial, Mədəniyyət
Məşhur fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisi açıldı -
Oktyabrın 21-də Heydər Əliyev Mərkəzində məşhur almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etməsini diqqətə çatdırıb. Bildirib ki, ətraf mühiti və təbiəti təsvir edən bu sərgidə Teo Allofsun 20 il ərzində Afrikada çəkdiyi, bu qitənin flora və faunasının zənginliklərini əks etdirən 29 fotosu yer alıb. Sərgi peşəkar fotoqrafların, sənətsevərlərin xüsusi diqqətini cəlb edəcək. Burada fotoqrafiyanın incəliklərini əks etdirən maraqlı şəkillər yer alıb. Adil Kərimli sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə Heydər Əliyev Mərkəzi və müəllif adından təşəkkürünü bildirib.

Açılış mərasimində Teo Allofs çəkdiyi fotolar barədə öz təəssüratlarını bölüşüb. Heydər Əliyev Mərkəzində fotosərgisinin keçirilməsindən qürur duyduğunu bildirən almaniyalı fotoqraf deyib: “Belə bir möhtəşəm binada olmaqdan çox şadam. Çünki mən və xanımım Ceymi bura gəlməzdən öncə Heydər Əliyev Mərkəzinin çoxsaylı fotolarını internetdə araşdırıb baxmışdıq. Lakin bura gəldikdən sonra binanın həm daxilən, həm də zahirən reallıqda daha gözəl olmasının şahidi olduq”.

Sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun dəstəyini vurğulayan Teo Allofs Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Bizim Leyla xanımla tanışlığımız iki il öncə Avstraliyada olub. Leyla Əliyeva təbiəti çox sevən xanımdır. Biz onunla çox yaxşı əməkdaşlıq qurduq və yaxın dostlara çevrildik”.

Almaniyalı fotoqraf bu sənətə gəlməsi, iş üslubu haqqında da fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O deyib: “Mən həftələrlə xanımımla birgə səyahətlər edirik. Biz insan əli dəyməmiş, məhz öz gözəlliyi ilə seçilən təbiət mənzərə və hadisələrinin şahidi oluruq. Məhz bu məqsədlə də mən Arktika, Antarktida, Afrika qitələrinə getmişəm. Mən açıq təbiətdə özümü evdəki kimi hiss edirəm. Qərara gəlmişəm ki, növbəti illəri daha çox - ildə ən azı 4-5 ay olmaqla Afrika qitəsində fotolar çəkək”.

Vaxtilə geologiya ixtisası üzrə magistr təhsili almış Teo Allofs fotoqrafiya sənətinin çətinliklərindən də söz açıb. Onun sözlərinə görə, paraplanla foto çəkərkən insan mühərrik, paraşüt, peşəkar aparatlar daxil olmaqla ən azı 50 kilo ağırlıq daşıyır. Külək olanda havaya qalxmaq asandır, lakin sakit havada bütün bu yüklə ən azı 100 metr irəli qaçmaq lazımdır ki, mühərrik işə düşsün. Bu cür “səfeh” fotoqraflar azdır. Vaxtilə yeni mühərriki sınaqdan keçirərkən hündürlükdən sürətlə aşağı düşərkən ayağını iki yerdən sındırdığını söyləyən Teo Allofs 12 aydan sonra bütün qüvvəsini toplayaraq ailəsinin arzusuna zidd olaraq yenidən böyük əzmlə işə başladığını diqqətə çatdırıb və bundan sonra da axtarışlarını davam etdirəcəyini bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Təqdim edilən fotokolleksiya Teo Allofsun Afrikanın ram edilməmiş, vəhşi təbiətinə sevgisini göstərir. Fotoqraf Cənubi Afrika, xüsusilə də Namib səhrası və Botsvanadakı Okavanqo çayının deltasına çoxsaylı səyahətlər edərək şəkillər çəkib, bu yaxınlarda layihəsini Şərqi Afrikayadək genişləndirib və Böyük Rift Dərəsinə xüsusi diqqət ayırıb. Teo Allofs 6 il əvvəl paraplanda uçmağı öyrənib və o vaxtdan bəri bu nəqliyyat vasitəsindən istifadə edərək səmadan fotolar çəkir.

Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunacaq fotolar da məhz bu qayda ilə çəkilmiş əsərlərdir. Teo Allofs 30 ildən çoxdur ki, peşəkar fotoqrafiya ilə məşğuldur. 1995-ci ildən o, təbiət (vəhşi həyat və peyzaj) fotoları çəkir.

Teo Allofs indiyədək bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bunların sırasında o, BBC (Bi-Bi-Si) teleradio yayım şirkətinin “Vəhşi təbiət üzrə ilin fotoqrafı” mükafatı ilə 11 dəfə təltif olunub. Onun işləri “National Geographic”, “New York Times”,Newsweek”, “Time Magazine”, “GEO”, “Der Spiegel”, “Focus”, “Smithsonian”, “BBC Wildlife Magazine”, “Terre Sau¬vage” və “Australia Geographic” kimi məşhur qəzet və jurnallarda, kitab və təqvimlərdə dərc edilib. O, “Outdoor Photographer”, “FOTO” (İsveç), “Australian Foto”, “PhotoLife” (Kanada) jurnallarında fotoqrafiya ilə bağlı bir çox məqalələrlə çıxış edib. Almaniyanın “Foto Magazin” jurnalı onu dünyanın ən yaxşı təbiət fotoqrafı adlandırıb.

Təbiətin Qorunması üzrə Beynəlxalq Fotoqraflar Cəmiyyətinin (ILCP-nin) təsisçisi olan Teo Allofsun bir çox işləri nəsli kəsilməkdə olan canlı növlərə və ətraf mühitin mühafizəsi problemlərinə həsr olunub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler