İlham Əliyev “BAKU AGROPARK”da görülən işlərlə tanış oldu - Yenilənib![]() Azərbaycan prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub. Xalqinfo.az-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına Aqropark barədə məlumat veriblər. Bildirilib ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə ixrac edilir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq. Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|