» » Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Moskvada Azərbaycanın nar bayramı qeyd edilib

Bölmə: Mədəniyyət
Moskvada Azərbaycanın nar bayramı qeyd edilib
Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.

Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.

Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler