Bakıda beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilibBölmə: Mədəniyyət
![]() “Odlar yurdu” qrupunun təşkilatçılığı, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib. Xalqinfo.az xəbər verir ki, çıxış edən natiqlər festivalın əhəmiyyəti, məqsəd və məramı, həmçinin iştirakçı ölkələr barədə məlumat veriblər. Bildirilib ki, beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edib. Festivalının təşkil olunmasında məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluq əlaqələrini gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir. Diqqətə çatdırılıb ki, Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sayca üçüncü dəfə təşkil olunan beynəlxalq “Milli rəqs və musiqi” festivalına ilbəil marağın artdığını söyləyən natiqlər vurğulayıblar ki, hazırkı tədbirə dünyanın 8 ölkəsindən 250-ə yaxın iştirakçı qatılıb. Sonra iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq musiqilərini və rəqslərini təqdim ediblər. Sonda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|