Dünya tarixçiləri Lənkərana toplaşacaqBölmə: Mədəniyyət
Aprelin 23-dən 26-dək Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək. Xalqinfo.az Musavat.com xəbər verir ki, bu barədə Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi xüsusi bülletenlə çıxış edib. Orada bildirilir ki, beynəlxalq elmi konfransın açılışı 24 aprel saat 11:00-da olacaq. Konfransda dünyanın müxtəlif ölkələrindən (Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və onun subyektləri – Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan) 60-a yaxın, Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alimin 135 adda məruzəsi dinləniləcək. Tədbirin açılışı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|