» » Dünyanın 100 aliminə erməni vəhşiliklərini göstərdilər

Dünyanın 100 aliminə erməni vəhşiliklərini göstərdilər

Bölmə: Siyasət
Dünyanın 100 aliminə erməni vəhşiliklərini göstərdilərQuba şəhərində keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)" adlı beynəlxalq elmi konfransın iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini və kütləvi məzarlığı ziyarət ediblər.

trend-in məlumatına görə, ziyarətçilərə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumat verilib.

Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Qonaqlar gördükləri mənzərədən dəhşətə gəldiklərini vurğulayıblar və insanlıq tarixinin bir daha belə hallarla qarşılaşmaması üçün çalışmalı olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, konfrans AMEA-nın Rəyasət Heyəti, Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Atatürk Araştırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Üç gün davam edəcək beynəlxalq konfransda ümumilikdə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler