AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilibBölmə: Xəbər
Xalqinfo. az xəbər verir ki, Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Rəyasət Heyətinin qərarı ilə Səbuhi Qəhrəmanov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib. iclasda AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib. Müvafiq qərarla həmin İdarənin nəzdində fəaliyyət göstərən xarici dillər kafedrası ləğv edilib, onun bazasında yeni Elmi-tərcümə şöbəsi yaradılıb. Eyni zamanda, AMEA-nın “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsinin adı dəyişdirilərək “Elm” Nəşriyyatı adlandırılıb. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturunda dəyişiklik edilib. Qərarla yeni Elmi nailiyyətlərin təbliği şöbəsi yaradılıb. AMEA-nın Fizika İnstitutunun və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şuralarının yeni tərkibi təsdiq edilib. AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|