» » Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -

Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda - Fotolar

Bölmə: Mədəniyyət
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub.

Xalqinfo.az-ın məlumatına görə, xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.

Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

Sonda muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı qonağa hədiyyə olunub.

Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -
Makedoniyanın birinci xanımı Maya İvanova Bakıda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler