Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salındıBölmə: Mədəniyyət
Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO- nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qərar noyabrın 24-dən 28-dək keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında qəbul edilib. Xəbərdə deylir ki, kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Bu qərarla komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq edib. Hazırda Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edib. modern.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|