» » Mehriban Əliyeva - İlin 1-ci Xanımı

Mehriban Əliyeva - İlin 1-ci Xanımı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyeva - İlin 1-ci Xanımı
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülüb.

Bu mükafat Mehriban xanıma "The Business Year: Azerbaijan - 2014" nəşrinin bu gün keçirilən təqdimat mərasimində "The Business Year" şirkəti tərəfindən verilib.

ANS PRESS-in Trend-ə istinadən məlumatına görə, mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan olunub.

İ.Mustafayev çıxışında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına salamlarını çatdırıb və "The Business Year" jurnalına təqdimata görə təşəkkürünü bildirib: "Siz bilirsiniz ki, 10 may 2014-cü ildə Heydər Əliyev Fondunun 10 illik fəaliyyəti tamam olmuşdur və bu fəaliyyətə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək qiymət verib. Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndər Heydər Əliyevin irsini öyrənmək və onu geniş ictimaiyyətə, gənc nəslə çatdırmaqdır və bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən nəinki Azərbaycanda, eləcə də bütün dünyada mədəniyyət, təhsil, səhiyyə, sosial yönümlü layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə "Tolerantlıq ünvanı Azərbaycandır" adlı böyük layihə həyata keçirilir. "The Business Year" jurnalına gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Şərh Yaz
ŞƏRH(1)

Vüqar Məmmədov 1 iyun 2017 21:28
İlk öncə qeyd etmək istəyirəm ki,cənab Prezidentin apardığı bu islahatlarda əsas hədəf olaraq dövləti idarəetmə sistemini daha da təkmilləşdirməklə yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır.Xalqımızın birinci vitse prezident postuna ölkədə ən layiqli namizəd olaraq görmək istədiyi Mehriban Əliyeva bütün ictimai–siyasi fəaliyyəti dövründə cənab prezidentlə çiyin–çiyinə dayanmış və xalqımız,dövlətimiz üçün taleyüklü bütün məsələlərin həllində əlindən gələni etmişdir.Belə ki,birinci xanım ölkəmizdə bu günkü dövlət quruculuğunda,Azərbaycan xalqının siyasi-iqtisadi inkişafı və sosial rifah halının yüksəlməsi üçün yorulmadan çalışan Azərbaycan qadını üçün ilham mənbəyidir.Mehriban xanım xalqımız və dövlətimiz üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli rial fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrın ən görkəmli Azərbaycan xanımıdır.Bildiyiniz kimi Mehriban xanım Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan bir nəslin təmsilçisidir.O, ziyalı və milli bir ailədə böyüyüb.Mehriban xanım hazırda ölkəmizin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür,Azərbaycan və Azərbaycan qadınının tanıdılması üçün böyük səy göstərir.Bacarığına və səmimiyyətinə görə xalqımızın bütünlüklə rəğbətini qazanmışdır.Bütün bu saydıqlarımla yanaşı Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini olmaqla prezidentimizin ən sadiq silahdaşıdır.Düşünürəm ki,Mehriban xanım birinci vitse–prezident vəzifəsini tutmaqla milli maraqlara cavab verdi.Mən bütün Azərbaycan xalqı adından Cənab Prezidentə Azərbaycanın işıqlı sabahı naminə atdığı bu növbəti addıma,Mehriban xanıma göstərdiyi etimada görə minnətdarlığımı bildirir bir daha qürur hissi ilə ölkəmizin əmin əllərdə olduğunu qeyd etmək istəyirəm.
Əmin olduğumuzu bildiririk ki,ilk və Birinci vitse-prezidentimiz Mehriban xanım yeni şərəfli və məsuliyyətli vəzifəsində dəyərli töhfələr verəcək,Vətən və xalqımızın rifahı naminə yeni-yeni böyük uğurlara imza atacaqdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edir və xeyirli olsun deyirəm.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler