» » İrlandiyalılar Napoleonun atının skeletini tələb edir

İrlandiyalılar Napoleonun atının skeletini tələb edir

Bölmə: Dünya
İrlandiyalılar Napoleonun atının skeletini tələb edir
İrlandiyanin Kork qraflığının Battevent kəndinin sakinləri Böyük Britaniya Milli Hərbi muzeyindən fransız imperatoru Napoleon Bonapartın atının skeletini verməyi tələb ediblər.

Xalqinfo.az xəbər verir ki, bu haqda “The Telegraph” nəşri bildirib.

İrlandiyalıların sözlərinə görə, Marengonu Battevent kəndində böyüdüblər, sonra isə at yarmarkasında satılıb. Kəndin yaxınlığında yerləşən Mallou şəhərinin bələdiyyə nümayəndələri muzeyə rəsmi müraciəti göndəriblər. İrlandiyalılar iddia edirlər ki, atın skeleti doğma kənddə daha çox ziyarətçi cəlb edəcək.

Qeyd edək ki, ata Napoleonun avstriyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilib. At haqqında saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperatoru daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 kilometr yolu ac-susuz keçmiş və Moskvaya qədər gedib-qayıtmışdır. Fransız mənbələrinə görə, Marengo həqiqətən də imperatorun çox sevdiyi bir at olub. Napoleonun tanınan atlarının sayı 100-ü keçirdi.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler