» » Napoleonun şlyapası fantastik qiymətə satıldı -

Napoleonun şlyapası fantastik qiymətə satıldı -

Bölmə: MARAQLI
Napoleonun şlyapası fantastik qiymətə satıldı - Ötən həftə sonu Fransanın Fonteblo şəhərində hərrac keçirilib. Fransa imperatoru I Napoleonun və Monako şahzadəsi II Luinin şəxsi kolleksiyalarından olan əşyalar satılıb. Əşyalar arasında silah, zinət əşyaları, köynək, şərf, ayaqqabı, məktublar və sənədlər olub.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ən böyük ajiotajı isə imperatorun baş geyimi yaradıb. İki bucağı olan məşhur şlyapanı imperator 1800-cü ildə Marenqo döyüşü zamanı taxıb. Cənubi Koreyadan olan kolleksioner şlyapaya 1,9 milyon avro pul ödəyərək alıb.

Şlyapanın başlanğıc qiyməti 300-400 min avro olub. Əsasən, biznesmen və kolleksionerlərin iştirakı ilə keçirilən hərracın gedişində qiymət 1.9 milyona qədər yüksəlib.
Napoleonun şlyapası fantastik qiymətə satıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler