» » İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –

İki imperatoru qonaq etmiş Azərbaycan kəndi – Foto + Video

Bölmə: Xəbər, MARAQLI
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –

Bəzi məkanlar böyük bir tarixə bələdçilik edir, tarixin izlərini gələcəyə daşıyır. Dünya dəyişəcək, zaman yeniliklərə qucaq açmaqda davam edəcək, amma o yer öz qədimliyini gələcəyin məchul nöqtəsinə qədər aparıb çıxaracaq.

Çünki tarix onun özüdür, onun hər daşı, hər qayası, hər bir parçasıdır. Əsrlər öz axarı ilə ötüb gedir. Amma orada canlı bir əfsanə, dindirilməmiş, oyadılmamış bir tarix yaşayır.

Sarıbaş kəndi də belə yerlərdəndir. O, Böyük Qafqaz dağ silsiləsindəki yamaclardan birində – Qax rayonunda yerləşir. Bu kənd tarix boyu nələrin şahidi olmayıb ki?!

Hələ 1394-cü ildə Əmir Teymur Sarıbaşdan keçib şimala yol almışdı. 18-ci əsrdə Nadir şah Dağıstanı fəth etməyə bu yerdən keçib getmişdi. Rusların Qafqaz xalqlarını imperiyaya tabe etdirmək üçün apardığı müharibələrə Sarıbaş şahidlik etmişdi. İlisu sultanı Daniyal bəy Qafqaz dağlılarının lideri Şeyx Şamilin “Azadlıq ordusu”na məhz Sarıbaşdan keçərək qoşulmuşdu.

Sarıbaş 20-ci əsrin özündə belə, yeni tarixin qurbanı idi. Sovet liderlərindən Xruşşovun ötən əsrin 60-cı illərində həyata keçirdiyi “regionlarda inkişaf layihəsi” Sarıbaşın həyatında köklü bir dönüş idi. Bu islahatlara görə, çətin dağ şəraitində, ucqarlardakı yerləşmə mərkəzilərində infrastrukturu inkişaf etdirməkdənsə, oralarda yaşayan əhalini aran yerlərə köçürmək daha əlverişli sayılırdı.

Odur ki, Sarıbaş kəndinin camaatı da aşağıya, düzənlik yerə köçürüldü. Onlar yeni məskunlaşdıqları yerə Sarıbaşın ilk sakininin adını verdilər – Cəlayir. Amma Sarıbaşda bəzi ailələr inad göstərdi, öz dədə-baba yurdlarını tərk etmədi. Bəziləri isə yayı isti olan düzənliyin təbiətinə alışa bilmədikləri üçün Xruşşovdan sonra geri döndülər.

Lakin çətin həyat şəraiti 20-ci əsrin gənclərini kənddən biryolluq didərgin saldı. Onlar köçürülmə zamanı getdikləri şəhərlərdə ömürlük məskunlaşdılar. Sarıbaşda isə yalnız qocalar qaldı, bir də kimsəsiz, boş qalmış evlər.

Bu yer əsrarəngiz təbiətə, qeyri-adi arxitekturasına baxmayaraq, turistlər üçün o qədər də cəlbedici görünmür. Çünki onun yolları, keçilməsi çox çətin və təhlükəlidir. Sarıbaş bu gün, sanki yaşamır, sadəcə tarix danışır… (sputnik.az)


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –
İki imperatoru qonaq etmiş Azərbaycan kəndi –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler