» » Nəhayət, Lentsov Bakıya da gəlir

Nəhayət, Lentsov Bakıya da gəlir

Bölmə: Xəbər
Nəhayət, Lentsov Bakıya da gəlir Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri Aleksandr Lentsovun 3 mayda Bakıya gələcəyi haqda məlumat yayılıb. Xalqinfo.az xəbər verir ki, Teleqram kanallarında yayılan məlumatda onun Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcəyi bildirilib. Qeyd edək ki, general-polkovnik Aleksandr Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətini davam etdirməyə çalışan erməni separatçıların liderləri, hətta antirusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb. Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb. Azərbaycan ərazisində yerləşən sülhməramlıların yeni komandanının Azərbaycan ərazisinə Ermənistandan gəlməsi və ilk Bakıda görüş keçirib, təqdimatını təsdiqlətməməsi ictimaiyyət arasında narazılığa səbəb olub. Xatırladaq ki, A.lentsovun həyat yoldaşı erməni millətçisidir, özünün isə 20 Yanvar qətliamı zamanı Bakıya yeridilən sovet qoşunlarının tərkibində olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler