» » "Türksüz Ermənistan" layihələrinin gerçəkləşməsi üçün tarixi faktlar - Qondarma soyqırım

"Türksüz Ermənistan" layihələrinin gerçəkləşməsi üçün tarixi faktlar - Qondarma soyqırım

Bölmə: Xəbər
"Türksüz Ermənistan" layihələrinin gerçəkləşməsi üçün tarixi faktlar - Qondarma soyqırım
AZƏRBAYCAN-ERMƏNISTAN MÜNASIBƏTLƏRINDƏ RUSIYANININ ERMƏNISTANA MISILSIZ XIDMƏTLƏRI VƏ ERMƏNI TƏXRIBATLARI...
"TÜRKSÜZ ERMƏNISTAN" LAYIHƏLƏRININ GERÇƏKLƏŞMƏSI ÜÇÜN TARIXI FAKTLAR...

Tarixi faktlar tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər xalis türk yurdu azərbaycanlıların yaşadıqları ərazi olmuşdur. Yalnız çar Rusiyası müstəmləkəçilərinin ayağı
bu yerlərə dəydiyi gündən torpaqlarımıza erməni toxumunun səpilməsinə başlanılmışdır

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır.
Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb.Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması
Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiy-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı.1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu.

Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman
imzalamışdır. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin
yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu. 1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba
ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalamışdır.1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman vermişdir.1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunmuşdur.
1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş vermişdir.Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da əslində ermənilərin Azərbaycan
ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu.

1828-1829-cu illərdə baş vermiş Türkiyə -Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan
ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə
Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı.Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınndan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə-dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar. "Paytaxtsız" respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar "türksüz Ermənistan" şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola bilmişdilər. Həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlının 565 mini öldürülmüş və ya zorla öz yurdlarından qovulub çıxarılmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra onlardan yalnız 60 min nəfəri öz doğma yurduna qayıda bilmişdi.

1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz vətənindən didərgin salınmışdır. Bu dövrdə Bakıda
və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırımı aktları daha dəhşətli olmuşdur. Bakıda 30 minə yaxın insan xüsusi qəddarlıq və amansızlıqla məhv edilmişdir. Şamaxının 58 kəndi xarabazara çevrilmiş, 7 min nəfər insan öldürülmüş (onlardan 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq olmuşdur), Quba qəzasında müsəlmanların yaşadığı 122 kənd yandırılmış və dağıdılmışdır. Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilmişdir.Bu kəndlərdə ermənilərin keçirdikləri əməliyyatlar faciəvi miqyasına görə dünya tarixinin ən amansız hadisələrindən olmuşdur. Zəngəzur qəzasında da eyni üsullarla 115 kəndi vəhşicəsinə darmadağın edən ermənilər İrəvan quberniyasında 211, Qarsda 92 kəndi talan edərək yandırmışlar.Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həm Gülüstan, həm də Türkmənçay müqavilələri bunu bir daha təsdiqləyirdi. Azərbaycan ərazilərini etnik baxımdan bölmək cəhdləri nəticə etibarilə ölkənin siyasi və coğrafi anlamda parçalanmasına gətirib çıxarmalı idi. Nə qədər ağrılı olsa da, baş verən hadisələrin təhlili və tarixi xronologiya bu planların müəyyən hissəsinin yerinə yetirildiyini təsdiqləyir.

Tarixi faktlar tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər
xalis türk yurdu azərbaycanlıların yaşadıqları ərazi olmuşdur. Yalnız çar Rusiyası müstəmləkəçilərinin ayağı
bu yerlərə dəydiyi gündən torpaqlarımıza erməni toxumunun səpilməsinə başlanılmışdır.

XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən proseslərin məntiqi nəticəsi ona gətirib çıxardı ki, artıq sovet hökumətinin qurulduğu ərəfədə Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə
keçmişdi. Ən qəribəsi isə bu idi ki, həmin ərazilərdə məhz azərbaycanlılar çoxluq təşkil edirdilər. Amma nədənsə bu vacib faktor torpaqlarımızın ermənilərə hədiyyə edilməsində heç bir rola malik olmadı.
Tarixi qaynaqlarda Ermənistan dövlətinin olmadığı tam açıq şəkildə göstərilmişdir. Bəzi nəhəng ölkələrin maraqları Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını tələb edirdi. Bunun isə ən ağır nəticələrini
Azərbaycan xalqı öz taleyində yaşamalı oldu.1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər. 70 illik sovet hakimiyyəti dövründə Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirən ermənilərin bu istiqamətdə iddiaları get-gedə daha da artdı. Moskvada dövlət idarə aparatında yuva salmış erməni lobbisinin bu yolda həyata keçirməyə nail olduğu mənfur niyyətlərindən biri də müharibədən sonra xaricdən gələn ermənilərin yerləşdirilməsini bəhanə edərək İ. Stalinin xeyir-duası ilə dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti olmuşdur.1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Böyük şəxsiyyət, görkəmli ictima-siyasi xadim Nəriman Nərimanovun prinsipial mövqe tutması onların planını pozdu. Lakin 1922-ci ilin sonunda N. Nərimanov Moskvaya getdikdən sonra onlar 1923-cü ilin iyulunda Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail ola bildilər. Bununla belə, onlar Dağlıq Qarabağa yiyələnə bilmək iddiasından əl çəkmir, dəfələrlə bu barədə məsələ qaldırırdılar.Göründüyü kimi, hətta Sovet İttifaqının tərkibində yaşadıqları dövrdə belə Azərbaycan və Ermənistana
münasibətdə ayrıseçkilik açıq şəkildə müşahidə olunurdu. Sovet imperiyasının rəhbərliyi sələflərinin vəsiyyətlərinə sadiq qalaraq erməniləri məzlum və fağır bir xalq kimi təqdim edir, onların dirçəlməsinə,
Ermənistanın iqtisadi və siyasi inkişafına ciddi dəstək verir, Azərbaycan ərazilərinin bu respublikaya birləşdirilməsi istiqamətində səy göstərirdilər. Bu, həm Leninin, həm də Stalinin hakimiyyəti illərində Sovetlərin Cənubi Qafqaz siyasətində əsas yerlərdən birini tutmuşdur. Təsadüfi deyil ki, o dövrdə Azərbaycandan olan kadrların yüksək vəzifələrə təyin olunması çox az hallarda baş verir və xalqımızın görkəmli ziyalılarına qarşı terror aktları, repressiyalar həyata keçirilirdi.1930-cu illərdə "vətən xaini" damğası ilə xalqımızın ən öndə gedən ziyalılarının, elm xadimlərinin, dövlət və siyasət adamlarının məruz qaldığı haqsızlıqlar bu siyasətin nə qədər iyrənc məqsədlərə xidmət etdiyini bir daha ortaya qoyur. Bu dövr tariximizin ən faciəli səhifələrindən biri kimi xalqımızın yaddaşında dərin iz buraxmışdır. Xalqlara hürriyyət və azadlıq vəd edən SSRİ elan etdiyi prinsiplərə xilaf çıxaraq azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti yürütmüş və zaman -zaman bu xalqın genofondunun məhv edilməsinə çalışmışdır. Ötən əsrin 70-ci illərinə qədər azərbaycanlıların İttifaqın nüfuzlu ali təhsil ocaqlarında təhsil alması çox nadir hallarda baş verir, xalqımızın hərbi sahədə peşəkar kadrlarının yetişdirilməsinə maneələr törədilir, hətta orduya xidmətə getmiş əsgərlərə münasibətdə də bu, açıq şəkildə özünü göstərirdi. Sovet imperiyasının "parçala, hökmranlıq et" siyasəti ilk növbədə bizim xalq üçün daha faciəli və daha ağır nəticələrə gətirib çıxarmışdı.
Maraqlıdır ki, həm o dövrdə, həm də sonralar Azərbaycan Qafqazda SSRİ -nin iqtisadi inkişafına mühüm təsir göstərən və onun dayaqlarının möhkəmləndirilməsinə daha çox töhfələr verən respublika olmuşdur.
Ölkəmizin təbii sərvətlərinin zənginliyi, əmək potensialının genişliyi burada əsas faktorlardan biri kimi çıxış edirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, İkinci Dünya müharibəsində Sovet ordusunun faşizm üzərində
qələbəsində əsas pay Bakı neftinin üzərinə düşürdü. Çünki o dövrdə istehsal olunan yanacağın 70 faizindən çoxu məhz Azərbaycanda hasil edilirdi.Müharibə qurtardıqdan sonra, 1945-ci ilin noyabrında Ermənistan
KP MSK-nın birinci katibi Q. Arutyunov İ. Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağın Ermənistan SSR-lə həmsərhəd olduğunu, iqtisadiyyatı ilə guya sıx bağlılığını nəzərə alaraq onun Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırır. Həmin məktubu İ.Stalin K. Malenkova ünvanlayır. O isə, öz növbəsində, cavab üçün sənədi Azərbaycan SSR rəhbərliyinə göndərir. Dağlıq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğu haqqında geniş məlumat verən M.C. Bağırov məktubunun sonunda bildirir ki, Şuşa rayonunu çıxmaq şərti ilə Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər də Azərbaycana
qaytarılsın.Belə olduqda ermənilər Ermənistanda yaşayan və əsasən Azərbaycanla həmsərhəd rayonlardakı azərbaycanlıları köçürmək üçün başqa hiyləyə əl atırlar. Azərbaycanın Muğan-Mil düzlərində pambıq əkilən
rayonları işçi qüvvəsi ilə təmin etmək bəhanəsiylə Ermənistan ərazisində olan azərbaycanlıları köçürmək və onların yerində xaricdən gələn erməniləri yerləşdirmək təklifini irəli atır və buna müvəffəq olurlar.

Siyasi Partiyalar arxivində bu məsələ ilə əlaqədar 1947-ci ilin dekabrında M.C. Bağırovun və Q.Arutyunovun birlikdə imzaladığı və Stalinə göndərilmiş məktubun surəti qorunub saxlanılır. Məktubda məhz
yuxanda deyilən məsələlərlə bağlı konkret təkliflər irəli sürülmüşdür.Nəticədə SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də"Ermənistan SSR-dən kolxozçuların və digər Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edir. Şəxsən İ. Stalinin imzaladığı və heç bir girişi olmadan bilavasitə onun qərar hissəsindən başlanan bu sənəd, məzmunundan da göründüyü kimi, çox tələsik hazırlanmışdı. Təsadüfi deyildir ki, 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti həmin qərara əlavə olaraq ikinci bir qərar da qəbul etməli olur. Özü də 1947-ci il 23 dekabr tarixli qərara əlavə qeydi olanvə İ. Stalinin imzaladığı bu ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı özünün geniş əksini tapmışdı.1947-ci il 23 dekabr tarixli qərarın birinci bəndində göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük prinsipi əsasında"Ermənistan SSR-də yaşayan yüz min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün.Bununla da Ermənistan Respublikası və onların timsalında keçmiş SSRİ rəhbərliyi 1948-ci il 10 dekabrda qəbul edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, 1966-cı il 16 dekabrda qəbul edilmiş "Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Akt"ın, 1984-cü il 10 dekabrda qəbul edilmiş "İnsan ləyaqətini hədəli və digər qəddar, qeyri-bəşəri və ya alçaldıcı müraciət və cəza növləri əleyhinə" Konvensiyanın və digər mühüm beynəlxalq hüquqi sənədlərin əsas prinsiplərini pozmuşdur.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün olunmuşdu. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və keçmiş SSRİrəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdı.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.Azərbaycan Respublikası Prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli fərmanının ilk cümlələri belə başlayır: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Tarixi faktlar belə şəksiz həqiqəti tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər xalis türk yurdu azərbaycanlıların yaşadıqları ərazi olmuşdur. Yalnız çar Rusiyası müstəmləkəçilərinin ayağı
bu yerlərə dəydiyi gündən torpaqlarımıza erməni toxumunun səpilməsinə başlanılmış, tezliklə ilk zəhərli cücərtilər görünmüşdür. Lakin çar Rusiyasının hakim dairələrinin səyi ilə İran və Türkiyədən ermənilərin bu
əraziyə kütləvi surətdə köçürülməsinə baxmayaraq, onlar burada heç vaxt əhalinin əksəriyyətini təşkil edə bilməmişlər. Məlum olduğu kimi, 1918-ci il mayın 27-də "Ermənistan Respublikası" elan edildiyi zaman bu qondarma dövlətin paytaxtı belə yox idi və Azərbaycan Milli Şurası 1918-ci il 29 may tarixli iclasında səs çoxluğu ilə tarixi şəraitin təzyiqi altında İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanımaq məcburiyyətində qalmışdır.Onu da deyək ki, azərbaycanlıların bir hissəsinin Ermənistana qayıtmasına razılıq verməyə məcbur olmuş Ermənistan SSR rəhbərləri də heç vaxt onların təqib və deportasiyasına son qoymaq niyyətində olmamış və totalitar rejim şəraitində fürsət düşdükcə belə amansız tədbirlərə həvəslə əl atmışdılar. Hələ İkinci Dünya müharibəsindən əvvəl kütləvi kolxoz hərəkatı və repressiya illərində belə tədbirlərə əl atmaq imkanları kifayət qədər yaranmışdı. Qəribə də olsa, həmin illərdə Ermənistan SSRİ-də kolxoz hərəkatına müqavimət göstərənlərin
də, repressiyaya məruz qalanların da əksəriyyətini azərbaycanlılar təşkil etmişdi. Elə bunun nəticəsi idi ki, 1930-cu illərdə Vedibasarın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin 5
0 min nəfərdən artıq azərbaycanlı əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmiş, sərt iqlim şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi həlak olmuşdu. Məsələ onda idi ki, sürgün müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin əksəriyyətini Ermənistana buraxmırdılar. Bəhanə edirdilər ki, bu üzdəniraq respublika Türkiyə ilə həmsərhəddir. Lakin böyük məhrumiyyətlər bahasına geri qayıdanların da yenidən deportasiyaya
məruz qalanları az olmamışdır.Azərbaycan Respublikası Prezidentinin fərmanında haqlı olaraq "Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı" kimi qiymətləndirilmiş SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixlİ 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Ermənistan SSR ərazisində dədə-baba yurdlarında yaşayan azərbaycanlıların bu dəfə dövlət siyasəti səviyyəsində deportasiyasını "əsaslandırmışdır".Vaxtilə əhalisi başlıca olaraq azərbaycanlılardan ibarət olan Qərbi Azərbaycan əyalətlərində Zəngibasar, Vedibasar, Zəngəzur, Göyçə, Ağbaba,Dərəçiçək, Sisyan, Qafan, Qəmərli, Qaraqoyunlu, Qırxbulaq, Şərur, Sürməli, Seyidli, Sərdarabad, Abaran, Gərnibasar və başqa yurdlarımızda bir nəfər belə azərbaycanlı qalmasa da, tarixin yaddaşına həmin vilayətlər qədim azəri yurdları kimi həkk olunmuşdur.Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi hətta Kremlin özündə və Siyasi Büroda müzakirə edilən məsələlərdən birinə çevrilmişdi. Öz himayədarlarının köməyilə ermənilər Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirdilər. 1969-cu ilin mayında Qazax və bir neçə başqa rayonun ərazisində yerləşən bəzi kəndlərin Ermənistana birləşdirilməsi barəsində bu ölkənin Ali Soveti qərar qəbul etdi. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olundu. Lakin Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan vermədi. SSRİ kimi nəhəng bir
dövlətdə qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. 1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin AzərbaycanSSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan KommunistPartiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı.


"Böyük Ermənistan"a gedən yol Qarabağ torpaqlarının işğalından keçirdi


Ümummilli liderimiz 2001ci ildə Azərbaycan parlamentində aparılan müzakirələrdə bu məsələyə toxunaraq deyirdi: "1977ci ildə SSRİ nin Konstitusiyası qəbul olunarkən konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brjnev rəhbərlik edirdi və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir -iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. Amma aldım. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım".Buna baxmayaraq, Ermənistanın tanımış ziyalıları, siyasətçiləri, elm adamları əhalini psixoloji baxımdan
"türklərlə savaşa" hazırlamaqda idilər. "Böyük Ermənistan"a gedən yol Qarabağ torpaqlarının işğalından keçirdi və elə buna görə də ermənilər müxtəlif vasitələrlə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar. Lakin
qarşıda kifayət qədər ciddi bir maneə var idi Heydər Əliyev. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi yalnız siyasi və hüquqi baxımdan deyil, həm də iqtisadi və psixoloji anlamda Dağlıq
Qarabağın Ermənistana ilhaqı arzusunun gerçəkləşdirilməsinə ciddi şəkildə maneələr yaratmağa başladı. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ermənilərin məskunlaşdığı ərazilərin Ermənistana birləşdirilməsi planları reallaşa bilmədi.Bu dövr ərzində respublika rəhbərliyi bölgənin iqtisadi inkişafını təmin edəcək bütün işləri görmüşdü. Vilayətin digər regionlarla kommunikasiya əlaqələri xeyli yaxşılaşdırılmışdı. Eyni zamanda Qarabağda azərbaycanlıların məskunlaşması istiqamətində tədbirlər planı həyat keçirilirdi. Bütün bu görülən işlərin başlıca məqsədi Dağlıq Qarabağ ermənilərinin Ermənistana meyillilik əmsalını mümkün qədər aşağı salmaq, onların
Bakıdan asılılığını təmin etməkdən ibarət idi. Heydər Əliyev buna nail olmuşdu və bunun nəticəsi idi ki, ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi "zərurətini" əsaslandırmaq üçün heç bir arqument tapa
bilmirdilər.

KAREN DƏMIRÇYAN: "XX ƏSRDƏ TÜRKLƏRIN YETIŞDIRDIYI IKI QÜDRƏTLI ADAM OLMUŞDUR. ATATÜRK VƏ HEYDƏR ƏLIYEV. ONLARDAN BIRI SAĞDIR. BILIN, NƏ QƏDƏR KI, O SAĞDIR, BIZ NƏ QARABAĞI ALA BILƏCƏYIK, NƏ DƏ BAŞQA ƏRAZILƏRI"


Nəhayət, "böyük Ermənistan" xəyalpərəstləri taktikanı və hədəfləri dəyişmək qərarına gəldilər. Ermənistan KP MK nın birinci katibi Karen Dəmirçyan sonralar bu barədə danışarkən deyirdi: "XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olmuşdur. Atatürk və Heydər Əliyev. Onlardan biri sağdır. Bilin, nə qədər ki, o sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri Heydər Əliyev heç nədən, heç kimdən çəkinmədən ən riskli qərarlara belə imza atmaqda tərəddüd etmirdi. Bakıdan Xankəndinə dəmir yolu xəttinin çəkilməsi məhz onun rəhbərliyi dövründə həyata keçirilmişdi və burada əsas məqsəd Qarabağı Azərbaycana bağlayan strateji kommunikasiyaların sayının artırılmasından ibarət idi. Bununla da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi mərkəzlə daha yaxşı əlaqələrə malik olması, vilayətin iqtisadi baxımdan Ermənistana deyil, məhz Azərbaycana daha çox bağlı olması təmin edilmiş oldu. Heydər Əliyevin səyləri nəticəsində DQMV-də azərbaycanlılar yüksək vəzifələrə təyin edilir vilayət iqtisadiyyatının inkişafına xidmət edən müəssisələrlə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən zavodlar, fabriklər arasında əlaqələr möhkəmləndirilir, yerli əhalinin içərisində ermənilərin üstünlük təşkil
etməməsi üçün gizli, lakin olduqca ağıllı siyasət yürüdülürdü.

Heydər Əliyevə qarşı müqavimət göstərə bilməyən və onun həyata keçirdiyi tədbirlərin qarşısını almaqda aciz görünən ermənilər isə öz niyyətlərindən əl çəkmək fikrində deyildilər. 1982-ci ildə Heydər Əliyevin SSRİ
rəhbərliyinə gətirilməsi erməniləri daha mütəşəkkil fəaliyyətə təhrik etdi. Siyasətdə Heydər Əliyev faktorunun mövcudluğu Qarabağın Ermənistana birləşdirilməsi ideyasının iflası demək idi və elə buna görə də ermənilər
çox geniş spektrli "antiəliyevçilik" təbliğatına başladılar.1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Ermənilərin Qarabağ iştahasının qarşısında dayanan əsas maneə aradan götürülmüşdü, planın qalan hissəsinin həyata keçirilməsi texniki xarakter daşıyırdı.1988-ci ildə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar.

Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi.

Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ -ir əhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı.
1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi. Dağlıq Qarabağın Ermənistana haqqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələriilə yatırıldı. Bu hərbi
akt zamanı yüzlərlə azərbaycanlı qətlə yetirildi, minə yaxın insan itkin düşdü. Şəhərdə bir neçə ay davam edən fövqəladə vəziyyət rejimi elan olundu. Bütün bunlar Azərbaycan xalqının mübarizlik əzmini qırmaq, onun
azadlıq ideyalarına inancını sarsıtmaq məqsədi daşıyırdı.Bu qanlı hadisələr zamanı xalq yenidən respublika rəhbərlərinin biganəliyinin şahidi oldu. Yenə də məhz Heydər Əliyev bu terror aktına açıq etirazını bildirdi. 1990
-cı il yanvarın 21-də onun Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı bütün dünya dinlədi. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. 20 Yanvar faciəsindən sonra erməni hərbi birləşmələrinin cəbhə xəttində fəallığı bir qədər də artdı. Bir-birinin ardınca işğal olunan kəndlər, rayonlar Qarabağın qarış-qarış itirildiyinə dəlalət edirdi.1991-ci ilin fevral ayında Azərbaycan Ali Sovetinin sessiyasında Heydər Əliyev hamını bu adi gerçəkliyi etiraf etməyə çağırırdı: "Hesab edirəm ki, "Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması" məsələnin dar çərçivədə qoyulması deməkdir. "Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması" məsələ belə qoyulmalıdır.
Biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq". Bu, təkcə parlamentdə aparılan müzakirələrin istiqamətinə etiraz əlaməti deyildi.
Heydər Əliyev cəmiyyəti mövcud reallıqlardan xəbərdar etməyə çalışırdı. Həmin reallıq isə bundan ibarət idi ki, Azərbaycan hakimiyyətinin siyasi laqeydliyi ucbatından Qarabağ itirilib və bu reallığı anlamaq, bütün
perspektiv fəaliyyəti onun dəyişdirilməsinə hesablamaq lazımdır. Heydər Əliyev həmin sessiyada deyirdi: "Biz gərək təhlil edək: nə cür oldu ki, Dağlıq Qarabağı əldən verdik!" Kifayət qədər maraqlı və haqlı sual idi. Amma şübhəsiz ki, A. Mütəllibovun rəhbərlik etdiyi siyasi komanda bu sualın cavabının araşdırılmasında maraqlı ola bilməzdi.

Cəbhə bölgəsində hərbi əməliyyatların geniş miqyas almağa başladığı bu dövrdə ermənilər Naxçıvanı ələ keçirmək üçün müxtəlif planlar hazırlamağa başladılar. Lakin bu planların həyata keçirilməsi mümkün olmadı. 1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar.
1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. Agdam, Xankəndi,Agdərə, Cəbrayıl, Fizuli, 1992-ci ilin fevralında isə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqlar olmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi.

ERMƏNİ VƏHŞİLİYİ... XOCALI FACİƏSİ

Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. Lakin etiraf etmək lazımdır ki, bu faciənin
baş verməsində o vaxtkı hakimiyyətin də üzərinə böyük mənəvi və siyasi məsuliyyət düşür.992-ci ilin mayında Şuşa erməni qəsbkarları tərəfindən işğal edildi. Şuşanın işğalı ilə faktiki olaraq bütün Yuxarı Qarabağ ermənilərin nəzarəti altına keçdi. Şəhərin geostrateji əhəmiyyətini nəzərə alsaq, bu hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın ən böyük məğlubiyyəti idi.
Şuşa elə bir mövqedə yerləşirdi ki, onu hətta az qüvvə ilə belə müdafiə etmək mümkün idi. Lakin Azərbaycanda mövcud olan hərc-mərclik və anarxiya, silahlı qüvvələrin vahid mərkəzdən idarə olunmaması, nizami ordunun yoxluğu bu məğlubiyyəti stimullaşdıran əsas faktorlardan biri idi. Şuşa Azərbaycanın həm də qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Onun itirilməsi xalqın mənəvi psixoloji mübarizə ruhunu da sarsıtmış oldu. Erməni işğalçılarının keçirdiyi hərbi əməliyyatların miqyası bu şəhərin işğalından sonra daha da genişləndi və cəmi bir neçə gün sonra, may ayının 17-18-də Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında yerləşən Laçın düşmən əlinə keçdi.
Ölkə daxilində hakimiyyət çəkişmələri və iqtidarın səriştəsizliyi yeni məğlubiyyətlər üçün stimul yaratmış oldu. 1993-cü ilin aprelində Dağlıq Qarabağın ərazisindən kənarda yerləşən Kəlbəcər işğal edildi. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ilk qətnaməsini qəbul etdi. Lakin bu qətnamədə nəzərdə tutulan tədbirlər bu günə qədər yerinə yetirilməmiş qalmaqdadır.1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Bütün bunlara son qoymaq və ölkədə böyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əlirza oğlu Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai -siyasi sabitlik yaradılmasını da təmin etdi.

1993- cü ilin oktyabrında ermənilər Azərbaycanın Zəngilan rayonunu işğal etdilər və bu, Ermənistan ordusunun cəbhə bölgəsində sonuncu işğalçılıq əməliyyatı oldu. Çünki Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişmişdi və cəmi bir neçə aydan sonra ölkədə güclü hakimiyyətin mövcudluğu nəzərə çarpmağa başladı. Heydər Əliyevin Zəngilanın işğalından sonra ölkə vətəndaşlarına məşhur müraciəti isə Azərbaycanın ordu quruculuğu tarixinin başlanğıcı oldu. Bu müraciət on minlərlə insanın cəbhəyə könüllü hərbi xidmətə yollanması ilə nəticələndi. Çox qısa vaxt ərzində ordu vahid komandanlığa tabe etdirildi, hərbi sahədə mühüm islahatlar aparıldı və bütün bunlar ictimai-siyasi sabitliyin yaradılması prosesi ilə paralel şəkildə həyata keçirilirdi.
Heydər Əliyev ictimai -siyasi sabitliyə nail olmaq üçün sonrakı dövrlərdə də bir çox təxribatların qarşısını almalı oldu. Bu, həm 1993-cü ilin avqustunda Ə. Hümbətovun qondarma respublika yaratmaq cəhdlərində, həm
1994-cü ilin 4 oktyabr hadisələrində, həm də 1995-ci ilin martında özünü göstərdi. Bu hadisələrin hər birində insanların Heydər Əliyevə dəstək verməsi, onun mövqeyini müdafiə etməsi Azərbaycan xalqının milli
dövlətçilik ideyasına sədaqətini nümayiş etdirən tarixi faktlar kimi yadda qaldı. Bütün dünya azərbaycanlıların vahid bir xalq olaraq öz milli maraqlarını qətiyyətlə müdafiə etmək əzmində olduğunu gördü. Elə buna görə də Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi tariximizə həm də milli dövlətçilik şüurunun formalaşmasının mühüm bir mərhələsi kimi düşdü.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra cəbhə xəttində qazanılmış uğurlar diplomatik müstəvidə də yeni nailiyyətlərlə müşayiət edildi.Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini bu işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi münasibətlər sisteminin kifayət qədər uğurlu bir modelinin yaradılmasına və cəmiyyətin vahid ideologiya ətrafında topalanmasına rəvac
vermiş oldu. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu hadisə Azərbaycan tarixində müstəsna
əhəmiyyətə malik bir mərhələnin əsasını təşkil edir və prezident Heydər Əliyevin yaratdığı idarəetmə sistemi ölkənin iqtisadi və siyasi inkişafının ən uğurlu parametrlərini müəyyənləşdirir.
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qüvvələr nisbətində baş vermiş dəyişikliklər tamamilə fərqli situasiya yaratdı və atəşkəsə razı olmayan Ermənistan bu dəfə atəşkəsi özü istəməli oldu.
1994-cü ilin may ayında atəşkəs elan edildi.Lakin atəşin dayandırılması hələ müharibənin başa çatması demək deyildi.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox böyük itkilərə məruz qaldı. Respublikamızın ərazisinin 20 faizindən çoxu işğal edilmiş, bir milyona qədər insan qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olmuş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 50 min nəfərdən çox insan əlil olmuş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın həyatında mühüm problem kimi hələ də öz aktuallığını saxlamaqdadır. Əslində bu, tamamilə təbiidir. Regionda baş verən mühüm dəyişikliklər fonunda münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi situasiyaya mənfi təsir göstərməklə yanaşı, həm də burada maraqları olan dövlətlərin münasibətlərində həlledici faktor rolunu oynayır.

Bu da bir cəbhədir və indi tərəddüdsüz söyləməyə əsasımız var ki, bu cəbhədəki döyüşlərdə Ermənistan Azərbaycana məğlub olub.1994 - cü ildə regionun iqtisadi perspektivini müəyyənləşdirən "Əsrin müqaviləsi" imzalandı və 2002-ci ildə bir çoxlarının əfsanə adlandırdığı Bakı-Tbilisi-Ceyhanın təməl daşı qoyuldu. Ermənistan dünyanın ən qüdrətli dövlətlərinin iştirak etdiyi bu layihədən kənarda qalıb və deməli, daha bir döyüşü uduzub.
Bu gün Ermənistanı terrorizmi dəstəkləyən, insan alveri ilə məşğul olan ölkələr sırasında göstərilir. ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilir və Ermənistan tərəfindən işğal olunduğu qeyd edilir.
Cənubi Qafqazın ən etibarlı ölkəsinə çevrilib. Ermənistanda isə terror siyasi həyatın adi atributudur.


Azərbaycanın siyasi xadimi, Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiassiyasının prezidenti, AMEA-nın həqiqi üzvü, AR-nın Həqiqi Dövlət Müşaviri, akademik Ramiz Mehdiyevin tarixi həqiqətləri “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında deyilir....
.

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı kitabda bir çox tarixi həqiqətlər öz əksini tapıb. Bir çox dillərdə çap olunan kitabda Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ regionunun tarixi və iki ölkə arasında baş verən münaqişənin tarixi kökləri araşdırılıb. Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın tərkib hissəsi olduğu və burada Azərbaycan xalqının yaşadığı barədə tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Akademik R. Mehdiyev ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülmə siyasəti nəticəsində gətirildiklərini sübut etməklə yanaşı, ən qədim tarixi keçmişə qayıdaraq Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və bir sıra elmi mənbələrdən bəhrələnərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmer tayfalarının təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır. Kitabda erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yarandığı qeyd olunub. Eyni zamanda Qarabaga gətirilən bir çox rerrorcular haqqında da geniş məlumat verilib.
Həmin terrorçulardan biri də Asala təşkilatının liderlərindən olmuş Monte Melkonyan 1957 -ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. Arxeologiya ixtisası üzrə Berkli Universitetini bitirib.1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələr tərəfində döyüşüb. Bundan sonra türk ordusuna qarşı PKK -nın həyata keçirdiyi əməliyyatlarda iştirak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum həyata keçirib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror aktı törədib və terrorçulara güzəştə gedən Fransa hökuməti onu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o, fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları Şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Bu terror aktı nəticəsində 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada çox qalmayıb və saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşayıb. 1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ordusunun ön cəbhə dəstələrinin birinin komandiri olub. Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də əsir götürülən azərbaycanlılara ən amansız yollarla işgəncələr vermək, onları xüsusi qəddarlıqla qətlə yetirmək olub.
Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. Bu faciədən xeyli müddət keçsə də , nəhayət Monte Melkonyan öz layiqli cəzasını aldı. 1993-cü ildə Azərbaycan əsgəri , əslən Qarabagın Muganlı kəndindən olan kəşfiyyatçı-doyüşçü İbad Hüseynli tərəfindən qətlə yetirildi. Eyni zamanda Daglıq Qarabagın bizdə qalan yeganə hissəsi məhz kəşfiyyatçı -doyüşçü İbad Hüseynlinin qanı bahasına bzilərdə qalmışdır.
Ramiz Mehdiyevin kitabı bizim Azərbaycan torpaqlarının ən qədim sakinləri olduğumuzu sübut edir. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının məhz Moskvada çap olunması xüsusilə sevindirici haldır. Çünki Rusiya erməni lobbisinin ən güclü olduğu ölkələrdən biridir. Buna görə də, bizim tarixi nailiyyətimizi rusdilli xalqların bilməsi vacibdir”.

Azərbaycanın, Azərbaycan xalqının, onun tarix və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, “özünün kim olması”, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün “nə etməli” olduğunu qərara alır.
Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübəhələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir.Bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir.
(Yazıdakı tarixi faktlar Azərbaycan Respublikası Prezident Kitabxanasından və Azərbaycanın siyası xadimi akademik Ramiz Mehdiyevin "Daglıq Qarabag" kitabına istınadın yazılmışdır .

Gülşən Behbud
araşdırmaçı - jurnalist
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler