» » Nazəninin əri də qalmaqala qoşuldu:

Nazəninin əri də qalmaqala qoşuldu: "Çox əsəbiləşib" - AÇIQLAMA

Bölmə: Şou, BLOK XƏBƏR
Nazəninin əri də qalmaqala qoşuldu:Müğənni Təranə Qumralla Nazənin arasında olan qalmaqal böyüyür."Xalqinfo.az" xəbər verir ki, məsələ ilə bağlı müğənni Nazənin Lent.az-a açıqlama verib və bildirib ki, T.Qumralla aralarında olan qalmaqalla əlaqədar həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib: “Ötən gün baş verən xoşagəlməz olayla bağlı yoldaşım artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. O, çox əsəbiləşib və bu məsələyə nəzarət edir. Bundan sonra bizi məhkəmədə hüquqlarımızı vəkilimiz Adəm Məmmədov müdafiə edəcək. Bir neçə günə bütün mətbuata bəyanat təqdim olunacaq. Sonra isə bütün mediaya açıqlama, süjet verilməsinə icazə verilməyəcək. Olayla bağlı sevənlərimə məlumat verməyi özümə borc bildim. Bu mövzu mən istəmədən ictimailəşdi. Amma sevənlərimdən olayın şəxsi olduğunu nəzərə alaraq, olaya səbrlə yanaşmalarını xahiş edirəm. Mənə edilən böhtanlar, təhqirlər hüquqi müstəvidə həllini tapdıqdan sonra mətbuata açıqlama veriləcək”.


Nazənin həyat yoldaşının adını açıqlamasa da, bildirib ki, rəsmi nikahdadır: "Mənim rəsmi nikah şəhadətnaməm var və ailəli olmağım 1 il əvvəl xəbər portallarının birində dərc olub. Əgər mətbuat işçiləri inanmasa, maraqlanmaq istəsə, Xətai rayonu "Zaqs" şöbəsinə müraciət edə bilərlər. Bundan sonra heç bir açıqlama verməyəcəm. Yalnız vəkilim danışacaq. Sonda kimin haqlı olduğu bilinəcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler