» » YAP Şəmkirdə ilk dəfə səs verəcək gənclərlə

YAP Şəmkirdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirib

Bölmə: Sosial
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Respublikası Milli Məslisinin üzvü, Slavyan Universitetinin Prorektoru, Professor xanım Sahibə Qafarova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Məsul işçisi cənab Rəfayıl Gülməmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Ruhid Hacıyev və Şəmkir rayonunda ilk dəfə səs verəcək gənclər iştirak etdilər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüşü giriş sözü ilə açaraq rayon təşkilatının seçkilərə start verildiyi gündən bugünükü təbliğat-təşviqat kampaniyasına kimi görülən işlər barədə ətraflı məlumat verdi. Bələdiyyə seçkiləri ilə əlaqədar Şəmkir rayonu üzrə YAP tərəfindən 400 nəfər namizəd irəli sürülmüşdür. Həmin namizədlərin 45 %-ni gənclər təşkil edir. Sabahımızın qurucuları olan gənclərin bələdiyyələrdə çoxluq təşkil etməsi təqdirəlayiq haldır. Əminik ki, namizədliyi irəli sürülmüş gənclərimiz bu seçkidə qələbə qazanacaqlar. İlk dəfə səs verəcək gənclərimizi fəal olmağa və səsvermə günü seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıram.

Sonra F.Vəliyev ölkəmizdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi böyük qayğısından danışdı. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən hər il yüzlərlə gənc yay məktəblərində istirahətə göndərilir: Məhz qarşıdakı bələdiyyə seçkilərində gənclərin təmsil olunması onlara göstərilən qayğının müsbət nəticəsidi. İnanırıq ki, gənclərimiz bu etimadı doğrultmaq üçün daha da fəal olacaqlar.

Çıxış edən Azərbaycan Respublikası Milli Məslisinin üzvü, Slavyan Universitetinin Prorektoru, Professor Sahibə xanım Qafarova bildirdi ki, YAP cəmiyyətin aparıcı siyasi qüvvəsi olaraq gənclərin problemlərinə həssaslıqla yanaşaraq, onlarla işi günün tələbləri səviyyəsində qurmağa hər zaman xüsusi səy göstərib. Təsadüfi deyil ki, bu gün bələdiyyə namizədliyinə gənclərin 45% faizdən artıq səviyyədə təmsil olunması, məhz Yeni Azərbaycan Partiyasının təşəbbüskarlığı və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beləliklə Rifah və Quruculuq naminə şüarını rəhbər tutan Yeni Azərbaycan Partiyasının simasında xalqımız bir daha Heydər Əliyev ideyalarına səs verəcək, onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davamını qətiyyətlə dəstəkləyəcəkdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Məsul işçisi Rəfayıl Gülməmmədova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişafı və o cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu baxımdan, bu inkişafın davamı üçün hər kəsi Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıram.
YAP Şəmkirdə  ilk dəfə səs verəcək  gənclərlə
Çıxış edən YAP Gəncə Şəhər təşkilatının sədri Naqif Həmzəyev əsas məqsəd bələdiyyə seçkilərində gənclərin fəallığını artırmaq, YAP-ın namizədlərinin qələbəsini təmin etməkdən ibarətdir. N.Həmzəyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin Rifah və Quruculuq naminə təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP bələdiyyələrdə geniş təmsilçiliyə nail olacağına tam əmindir. Buna səbəb Prezident İlham Əliyevin apardığı siyasətdir, ölkədə gedən quruculuq işləridir. N.Hmzəyev respublikamızda gedən quruculuq, abadlıq işlərindən geniş bəhs edərək ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan söhbət açaraq gəncləri seçkilərdə fəal olmağa çağırdı.

Xalqinfo.az sia.az-a istinadən xəbər verir ki,çıxış edən YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Ruhid Hacıyev bildirdi ki, Partiyamızın bütün seçkilərdə uğur qazanmasının səbəbi YAP-ın Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. R.Hacıyev ölkəmizdə 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində YAP üzvü olan gənclərin fəal iştirakından geniş bəhs etdi. YAP Şəmkir rayon Gənclər Birliyinin sədri təbliğat-təşviqat kampaniyasında gəncləri həmrəylik nümayiş etdirərək, vahid mövqedən çıxış edərək, 23 dekabr bələdiyyə seçkilərində YAP-ın bələdiyyə üzvülüyünə gənc namizədlərini dəstəkləməyə çağırdı

Tədbirdə ilk dəfə səs verəcək gənclərdən Xətai Qasımov , Nigar Abdullayeva, Elvin Aslanov və başqaları çıxış edərək ölkədə gənclərə göstərilən qayğıdan danışaraq onlara göstərilən etimadı öz işləri ilə doğruldacaqlarını bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler